“Azərişıq”da struktur dəyişikliyi: Etibar Pirverdiyevin tələbə yoldaşı "vuruldu"

img

21-04-2015 [14:12]


"Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edilib.

Azərbaycanda enerji təchizatı sistemində daha bir struktur dəyişikliyi həyata keçirilib. "Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edilib.

Mia.az xəbər verir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev Lent.az-a açıqlamasında bildirib ki, həmin qurumun əvəzində Şimal Regional Enerji Təchizatı İdarəsi yaradılıb: "Həmin idarə Sumqayıt, Quba, Qusar, Şabran, Xızı, Xaçmaz və Siyəzən rayonlarının enerji təchizatını həyata keçirəcək”

"Azərişıq” rəsmisi onu da bildirib ki, artıq həmin idarəyə yeni rəis də təyin olunub.Yeni yaradılan "Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı İdarəsinə təyin edilən rəis isə Ramil Yusifovdur. O, bu vəzifəyə qədər Nəsimi rayon enerji təchizatı və satışı idarəsinin rəisi işləyib. 

Strateq.az-ın xəbərinə görə, ləğv olunan "Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin rəhbəri Saleh Məmmədli "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevin tələbə yoldaşı və ən yaxın dostlarındandır. 

Qeyd edək ki, bir müddət öncə "Azərişıq”ın 7 regional idarəsi yaradılıb. Rayon elektrik şəbəkələri də həmin regional idarələrin tabeliyinə verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA