Ermənilər Tərtərə mərmi yağdırdı (FOTO, VİDEO)

img

21-04-2015 [13:24]


Bu gün səhər saatlarından başlayaraq ermənilər Tərtərin 300 metrliyində yerləşən mövqelərindən Qapanlı kəndini yüngül artilleriya silahlarından atəşə tutublar.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd fasilələrlə təqribən yarım saat atəşə məruz qalıb. Atılan mərmilərdən ikisi kənd sakini İlqar Əsgərovun həyətyanı sahəsinə düşüb.

Gülləbaran zamanı bayıra çıxdığını deyən kənd sakini mərmilərdən birinin onun təqribən 8-9 metirliyində partladığını deyir.

"Səhər saat 7-də atışma başladı. Mən gəlib darvazadan çıxanda, mərmi həyətə düşdü. Qaz borusunu dağıtdı. İkinci mərmi də su çənini deşdi", - deyə İlqar Əsgərov vurğulayıb.

Sakinlərin verdiyi məlumata görə, kənd ərazisinə təribən 7-8 mərmi düşüb. Erməni silahlı birləşmələri yaşayış evləriylə yanaşı kənd qəbristanlığını da atəşə məruz qoyub.

Partlayış nəticəsində qəbirlərə ziyan dəyib.

Ermənistanın təxribatının qarşısı Milli Ordunun əsgərləri tərəfindən alınıb.











Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA