21-04-2015 [11:18]
SSRİ xalq artisti Tamara Qverdsitelinin yeni eşq macərası üzə çıxıb.
Moskvada yaşayan müğənni paparassilərin kamerasının obyektivinə tuş gəlib. Jurnalistlər müğənnidən onun yanında görünən kişinin kim olduğunu soruşublar. Qverdsiteli bildirib ki, onun yanınca gedən kişi evində tikinti aparan ustaların iş icrasıdır.
Lakin şəkilləri dərc edən rusiyanın məşhur "Ekspress qazeta” nəşri bu iddianı rədd edib. Belə ki, şəkillər məşhur Kamerqersk döngəsində çəkilib. Bu isə Rusiya paytaxtının qlamur həyatının mərkəzi sayılır. Burada yalnız kafe, restoran, bar, dəbdəbəli əşyaların mağazalarından başqa heç bir tikinti materialları məkanı yoxdur.
Jurnalistlərin şübhələrinin əbəs yerə olmadığını Krasnoproletar küçəsinin elit göydələnində müğənni ilə birgə yaşayan qonşularla söhbət təsdiq edir. Tamaranın qonşusu Marina Nikolayevna şəkilləri gördükdə kişini tanıyır və bildirir ki, onlar artıq 2 ildir ki, burada yaşayırlar. Kişi nadir hallarda Tamara ilə birgə çıxır. Hərdən axşamlar onlar üçü Tamara, anası və müəmmallı ev sakini gəzməyə çıxır.
Müəmmallı ev sakinin kimliyini isə bundan sonra müğənninin yaxınları aşkarlayıb. Məlum olub ki, müəmmallı şəxs həqiqətən də tikinti ilə məşğuldur, lakin iş icraçısı deyil. Belə ki, o Xabarovskdan olan oliqarx səviyyəsində bisnesmen azərbaycanlı Novruz Məmmədovdur. Xabarovskda onun adına 12-13 bazar, iki qonaq evi və tikinti fabriki var. 1995-ci ildə Məmmədov hətta dövlət Dumasına öz namizədliyini də irəli sürüb. Lakin 4 faizdən bir az çox səs toplayandan sonra bu fikrinə bir daha qayıtmayıb.
Lakin Novruz Məmmədov haqqında daha maraqlı bir fakt məlumdur ki, o rəsmən evlidir. Hətta deyilənlərə görə əsl adı Sevinc olan Svetlana Məmmədova ona biznes həyatında belə dəstək olur. Xabarovskda olan qonşuları onları sevən cütlük adlandırırlar və 3 uşaqlarının olduğunu bildirirlər. .
Qəzet Svetlana Məmmədova ilə də əlaqə saxlayıb. Şou biznes əhlinin çoxdan artıq Qverdsitelinin sevgilisi saydığına baxmayaraq Məmmədovun yoldaşı bu barədə heç şübhələnmədiyini bildirib.
"Bu nə deməkdir. Belə şey ola bilməz...”- deyə Sevinc Məmmədovanın xəbərə ilk rekasiyası belə olub. "Niyə axı Novruz onun evində qalmalıdır?! Bizim Moskvada əla evimiz var, özümün orda mənzilim var... Bəli bizim ailə Tamara Qverdsiteli ilə tanışdır. Belə demək olarsa biz ailə dostuyuq. Mənim oğlum onun oğlu ilə dostdur. Tamaranın özünü də biz tanıyırıq”- deyə həyəcanlı qadın bildirib.
Rusiya mətbuatı azərbaycanlı oliqarxın məsələsini gündəmdə saxlayacağını bildirib. (Ans)

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi