20-04-2015 [18:27]
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən Bakı şəhər İcra Hakimiyyəti Yasamal rayonu, 593-cü məhəllə, General Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz tikinti işləri "Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinə sərt qadağa tətbiq edib. Aydın olub ki, bu şirkət tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədi alınmadan işə başlayıb. Belə ki, həmin ərazidə mövcud olan gölün bir hissəsinin tikinti qırıntıları ilə doldurulması həyata keçirilib.
Məlumata görə, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikinti işləri aparan "Lake Residence” MMC-yə təkcə xəbərdarlıq olunmayıb, həm də digər cəza vasitələri işə salınıb:
"Eyni zamanda, rəhbərlik etdiyi rayonun ərazisində tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyini nəzərə alaraq, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə töhmət verilib”.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov tərəfindən ona töhmət verilməsinə münasibət bildirib. İcra başçısı deyib ki, töhmətdən xəbəri yoxdur:
«Bilmirəm, mənə töhmət verilməsindən xəbərim yoxdur. Veribsə, düz edib. Mən hazırda həmin gölə tökülən torpağın yığışdırılması işi görülən ərazidəyəm. Həmin şirkət rəhbərliyi də buradadır. Ancaq mənə töhmət verilməsindən xəbərim yoxdur. Verilibsə də, bunu normal qəbul etmək lazımdır. Hacıbala müəllim mənim müdirimdir, onun mənə töhmət verməyə ixtiyarı var. Yəqin təqsirim var ki, mənə töhmət verir. Başqa nə deyim, indi də göl ərazisində aparılan işin başındayam”.
İcra başçısı "Lake Residence” MMC-nin qanunsuz tikinti işləri apardığına və gölü tikinti materialları qırıntıları ilə doldurduğuna görə cəzalandırılması məsələsinə də toxunub: "Tikinti işlərini saxlatmışıq, qanun çərçivəsində də Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görüləcək. O şirkətə görə də mənə söz gəldi. Mənim o şirkət rəhbərliyi ilə heç bir tanışlığım yoxdur”.
Mia.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı «Reytinq»i məlumatlandıran mənbə deyib ki, Hacıbala Abutalıbovun təcili müdaxiləsi ilə ərazidəki vəziyyət kökündən dəyişib: «Söhbət dolaşırdı ki, gölün qurudulan ərazisində 40 mərtəbəli bina tikiləcək. Ancaq prezidentin tapşırığından sonra Bakı Şəhər İcra Hakimiyyəti nəinki ortada tikintini dayandırdı, hətta bütün texnikanı da ərazidən çıxardılar. Tikiliyə gedən yol təmizləndi, üstəlik asfalt örtüyünə qədər yuyuldu. Yaxın günlərdə orada təməli qoyulan tiklilərin də dağıdılacağı və ətrafının abadlaşdırılacağına da söz verilib».
Sözügedən
ərazidə tikinti aparan şirkətin kimə məxsus olmasına gəlincə, müsahibimiz bununla
bağlı dəqiq məlumatı olmadığını deyir: «O şirkətin kimə məxsus olması haqqında iki-üç
nəfərin adı çəkilir. Aydındır ki Bakının iqlim şəraitini dəyişdirən gölün qurudularaq,
yerində tikinti aparmaq gücü təsadüfi adam da ola bilməz. Ancaq o şirkətin kimə
məxsus olduğunu konkret bilmədiyimdən adını çəkmək istəmirəm. Lakin faktdır ki,
həmin şirkətə görə Yasamalın icra başçısı İbrahim Mehdiyevin vəzifədən getməsi də
ciddiləşib. Çünki bu olay İbrahim Mehdiyevlə bağlı ilk deyil. Hacıbala
Abutalıbov dəfələrlə bu icra başçısının qanunsuzluqlarına müdaxilə edərək,
tədbirlər həyata keçirib. Ancaq o, bundan ibrət almayıb. Ona görə də gedişi
labüdləşib. Hətta yaxın günlərdə icra başçısının fəaliyyətinin yoxlanılacağı
haqda da ciddi informasiyalar var».
Mənbə deyir ki, o gölün ətrafında tanınmış məmurların villası da var: «Məsələn, «Dövət Dəmir Yolu» QSC-nin sədri, deputat Cavid Qurbanovun gölün düz kənarında villası var. Böyük rayonlardan birinin polis rəisinin restoran və idman zalı da bu gölün bir addımlığındadır. Hətta elə tikili var ki, sahibləri kanalzasiya sularını birbaşa gölə axıtmaqla, ekoloji fəlakət yaratmasını da vecinə almırlar...».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi