Cahangir Hacıyevlə bağlı rəsmi açıqlama yayıldı

img

20-04-2015 [17:37]


Cahangir Hacıyevin "BankTechnique”ə sədr təyin edilməsi ilə bağlı xəbərlərə bank rəsmi şəkildə aydınlıq gətirib.

"BankTechnique”in marketinq şöbəsinin rəisi Rövşən Kazımov azvision.az-a bildirib ki, bu ilin fevral ayından indiyə kimi "BankTechnique”də idarə heyətinin sədri vəzifəsi boş qalır, bu vəzifəyə hər hansı təyinat həyata keçirilməyib. Cahangir Hacıyevin bankın idarə heyətinə sədr təyin olması ilə bağlı heç bir iclas keçirilməyib, müzakirələr də aparılmayıb. Bu məlumatlar doğru deyil”. 

R. Kazımov qeyd edib ki, hazırda banka idarə heyətinin sədrinin birinci müavini Yaşar Cəfərov rəhbərlik edir: 

"Bu məlumatlar doğru deyil. Keçən dəfə də demişik, indi də rəsmi olaraq bildiririk ki, Cahangir Hacıyev "BankTechnique” idarə heyətinin sədri vəzifəsinə təyin olunmayıb. Mən özüm hazırda bankdayam. Cahangir Hacıyevin də təqdimatı keçirilmir. O, bankda deyil. Hər gün çox sayda adam zəng vurub deyir ki, Cahangir Hacıyev sizin banka rəhbər gətirilir. İndi də onun təqdim olduğunu deyirlər. Vallah biz onu görməmişik. Sədr vəzifəsinə kim təyin olunsa, bu barədə mətbuata açıqlama veriləcək”. 

Qeyd edək ki, yerli mətbuatda yayılan məlumatlara görə, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev "BankTechnique”in İdarə heyətinin sədri vəzifəsinə təyin olunub. İddia olunur ki, bu gün C.Hacıyev bankda kollektivə təqdim olunacaq. 

Ancaq Mia.az yayılan xəbəri mötəbər mənbələrə istinadən yalanlamışdı. Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz:

http://mia.az/w118453/Cahangir_Hac%C4%B1yevl%C9%99_ba%C4%9Fl%C4%B1_sensasion_m%C9%99lumat_-_T%C9%99fti%C5%9F_v%C9%99_plan/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA