20-04-2015 [13:06]
İki ay əvvəl
ləğv edilən və bununla da toxunulmazlıq hüququnu itirən Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədov çox təhlükəli vəziyyətlə üzləşib.
Mia.az xəbər
verir ki, komitənin ləğvindən sonra yaradılan Mərkəzi Ləğvetmə Komisssiyası
aprelin 5-dək təftiş aparıb, təhvil-təslim aparmalı olsa da, bu, prezident fərmanında
göstərilən müddətdə yekunlaşmayıb:
«Bildiyiniz
kimi, Prezident İlham Əliyevin fərmanı
ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında iki ay ərzində bölünməli idi.
Ancaq aprel ayının 5-də aydın olub ki, ləğv edilən komitənin səlahiyyət bölgüsü
ilə bağlı işləri yekunlaşdırmaq mümkün olmayıb. Məhz buna
görə də komitə üzrə yaradılan Mərkəzi Ləğvetmə Komissiyası Prezident
Administrasiyasına müraciət edərək, əlavə bir ay da vaxt istəyib. Razılıq
verildikdən sonra isə komissiya üzvləri bu müddətin bir ay uzadılması haqqında
ümumi razılığa gəliblər. Beləliklə, təhvil-təslim işlərinin prezident fərmanında
göstərilənlərin əksinə olaraq, may ayının 5-də başa çatdırılması haqda rəsmi qərar
verilib».
Bu təftişin uzadılmasının həqiqətən
də işləri çatdırılmaması, yoxsa başqa məqamlarla bağlı olduğu haqda dolaşan şaiyələrə
gəlincə, müsahibimiz bu yöndəki xəbərlərdə də həqiqət yükünün olduğunu istisna
etməyib:
«Bəli, təftişin uzadılmasının təkcə
təhvil-təslimin başa çatdırılmasının mümkün olmaması ilə əlqələndrilməsi
inandırıcı deyil. Məncə, burada cəmiyyətə açıqlanmayan çox gizli məqsədlər də
var. Düşünürəm ki, Prezident İlham Əliyevin müşavirədə ayrı-ayrı adamların
adına sənədləşdirilən hektarlarla torpaq sahələri ilə bağlı açıq şəkildə səsləndirdiyi
xəbərdarlığının da burada rolu var. Belə ki, Qərib Məmmədov komitə sədri olduğu
dövrdə özü və yaxın ətrafı başda olmaqla, xeyli adama yüz hektarlarla torpaq
sahəsi peşkəş edilib. Həmin torpaq sahələri hasara alınsa da, bu günədək təyinatı
üzrə istifadə olunmayıb. Prezident də bu torpaq sahələrinin müəyyənləşdirilərək
gərəkən addımların atılması tapşırığını verib. Diqqət edirsinizsə, son aylar
torpaq sahələri ilə bağlı bir-birini əvəzləyən fərman və sərəncamlar verilir.
Bütün bunlar prezidentin xəbərdarlığı ilə bağlı plana uyğun edilir. Yəni
prezidentin müşavirədə səsləndirdiyi irad və xəbərdarlıqlar belə qalmayacaq.
Onların icra olunması istiqamətində ən sərt tədbirlərə belə, əl atılacaq. Təbii
ki, bunu nəzərə aldıqda, ləğv edilən komitənin təhvil-təslim işlərinin
uzadılmasını anlamaq çətin deyil. Böyük ehtimalla bu proses hazırda AMEA-ya
sığınan akademik Qərib Məmmədov və yaxın çevrəsinin indiki qeyri-müəyyən
statuslarını kəskin dəyişəcək».
Mənbə deyir ki, hazırda Əmlak Məsələləri
Dövlət Komitəsi bu istiqamətdə çox gərgin çalışmalar həyata keçirir: «Əmlak Məsələləri
Dövlət Komitəsi tətkcə fərmandan irəli gələn təhvil-təslim işlərinə deyil, həm
də prezidentin istifadəsiz torpaq sahələr ilə bağlı xəbərdarlığı istiqamətində
gərgin fəaliyyət göstərir. Bu isə ləğv edilən rayon torpaq şöbələrinin hazırda
işsiz qalan müdirlərini də bərk qoruya
salıb. Çünki bu prosesin sonu onların çoxunun barəsində cinayət işi açılaraq həbs
olunmasına səbəb ola bilər».
Məlumatlı şəxs deyir ki, Əmlak Məsələləri
Dövlət Komitəsi ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də üzərinə
düşən öhdəliyi problemiz yerinə yetirməyə çalışır: «Bu proses elədir ki, diqqətdən
yayındırılan hər bir məsələ komitə sədri Kərəm Həsənovla nazir Hüseynqulu
Bağırovun özünü də çətin fakt qarşısında qoya bilər. Ona görə də hər iki məmur
təhvil-təslim və yoxlama işlərini ciddi nəzarətlə bitirib, Nazirlər Kabinetinə
təqdim etməyə çalışırlar».
Xatırladaq
ki, Prezident İlham Əliyevin fevral ayının 5-də imzaladığı fərmana əsasən,
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən sonra dövlət torpaq
kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq
reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində
xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət,
bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş
dəyişikliklər barədə arayışları və Prezident Administrasiyasına təqdim etmək
sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.
Ləğv
edilmiş komitənin torpaqların monitorinqi, onların münbitliyinin bərpası və
artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi
vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat
sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati,
elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının,
kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini
təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat
və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə
qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması,
yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya
işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin
müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik,
qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas
sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya
materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək
sahəsindəki funksiyaları isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub.
Ləğv
edilən komitənin Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən
sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan
bölməsinin delimitasiyası və demarkasiyası işlərini isə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birlikdə həyata keçirəcək.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi