18-04-2015 [13:55]
Maliyyə Nazirliyindəki ən güclü qruplaşma ilə təhsil naziri Mikayıl Cabbarovun 1-ci müavini Ceyhun Bayramovun himayəsində olan Gəncə Dövlət Universitetinin rektorunun əməlləri mətbuatın gündəmindən düşmür. Səbəb isə çox sadədir. Çünki Yusif Yusifov bu univerisitetə yuxarıda adları qeyd edilən qrupun təqdimatı ilə rektor təyin edildikdən sonra vəziyyət mənfiyə doğru kəskin dəyişib. Artıq rektoru nə Ceyhun Bayramov, nə də Maliyyə Nazirliyindəki ən güclü qrup əvvəlkitək qoruya bilirlər.
Bu
sözləri «Reytinq»ə universitetin adının çəkilməsini istəməyən və daxili qruplaşmalarda
iştirak etmədiyini bildirən müəllimlərdən biri deyib. Onun sözlərinə görə, Maliyyə
Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan qardaşı Cavanşir Yusifovla
təhsil nazirinin 1-ci müavini Ceyhun Bayramovun
(bu şəxsin qardaşı Azər Bayramov maliyyə nazirinin müavini və bu nazirlikdəki ən
ciddi korrupsiya mexanizminin başında duran adamdır-redak.) vasitəsiylə rektor təyin
olunduqdan sonra, Yusif Yusifov keçmiş rəhbərliyin qurduğu sistemi tamamı ilə dəyişib:
«Xatırladım
ki, keçmiş rektor universitetin qapılarını taybatay tələbələrin üzünə açmışdı. Lakin
onun şəffaf sistemi həmin zaman prorektor olan Yusif Yusifov və onun 5-10 nəfərdən
ibarət tərəfdarını qane etmirdi. Bu səbəbdən o, xidmət rəisi olan qardaşının
əlaqələrinə və nazir müavini Ceyhun Bayramova arxayın olaraq, rektora qarşı açıq
kampaniya və müqavimət təşkil etdi. Hətta sabiq rektoru elə vəziyyətə saldılar ki,
onun universitetə girməsinə belə imkan verilmədi. Nəticədə onun istefasına nail
olundu. Yusif Yusifovun rektor gələn kimi isə universitet bazara çevrildi».
Müsahibimiz deyir ki, bu günlərdə xəbər portallarında universitetdə tələbələrin «aylığa» buraxılması haqqında yazılanlar da, deyilənlərə aydınlıq gətirə bilər:
«Yazıblar ki, pul qarşılığında tələbələr dərslərdən yayındırılır. Hər ayın və ilin isə oz qiyməti var. Məsələn, yüksək pul müqabilində dekan İldırım Qasımovun "xeyr-duası ilə” bir il dərslərdən "azad olunan” tələbələr var. Belə ki, fakültənin «texnologiya müəllimliyi» ixtisasının 4-cü kurs tələbələri Aysel Səfərova, Gülnaz Məmmədova, «təsviri-incəsənət müəllimliyi» ixtisasının 4-cü kurs tələbəsi Səbinə Musayevanın sentyabr ayından dərslərdə iştirak etmədiyini, testlə keçirilən imtahanlarda isə onlar kompüterin düymələrini necə gəldi basmaqla yüksək qiymətlər aldıqları artıq ictimailəşib. O da bildirilir ki, fakültənin 300-ə yaxın tələbəsi hal-hazırda Gəncə şəhərinin müxtəlif orta məktəblərində may ayının sonunadək pedaqoji təcrübədədirlər. Təsviri-incəsənət müəllimliyi ixtisasının 3-cü kurs tələbələri olan Raya Yusifova, Rüfanə Şabanova, Maral Quliyeva və Fidan Hüseynli pedaqoji təcrübədə görən metodist müəllimlərə dekan İldırım Qasımov "yüksək muştuluq" vəd edib. Adları çəkilən bu tələbələri sentyabr ayından 1500 manat müqabilində «illiy»ə buraxıblar. Ən maraqlısı buddur ki, bu məbləğə iki imtahan sessiyasının pullarının daxil edilməməsi də iddia olunur. Bu fakt göstərir ki, Yusif Yusifov bu təhsil ocağını necə bazara çevirib. Təbii ki, belə rüsvayçı halların ictimailəşməsi onun himayədarlarını da çətin vəziyyətdə qoyur. Çünki hər hansı bir xoşagəlməz hallara görə yeni rektora təminat verənlər də məsuliyyət daşıyır, onlar danlanır, yuxarılar da etibarları zədələnir. Son aylar isə bu narahatlıq daha yüksək səviyyəyə çatıb. Artıq rektora tapşırıq verilib ki, universitetdəki biabırçı hallarla bağlı vəziyyət aradan qaldırılsın. Əks halda vəzifəsini itirə bilər».
Mənbə
deyir ki, artıq yeni rektorun əleyhdarları onun qısa zamanda əldə etdiyi sərvətləri
də araşdırmağa başlayıblar:

«Bəli, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov universitetə qardaşının təzyiqi ilə prorektor təyin olunanda, Gəncədə "Gülüstan qəsəbəsi” yaxınlığında kirayədə yaşayırdı. Rektor təyin olunduqdan sonra, o, qısa bir müddət ərzində Gəncənin "Mahrasa bağı” adlanan ərazidə tikilən çoxmərtəbəli yaşayış kompleksindən 150 min manata ən müasir standartlara cavab verən ev aldı. Əvvəllər özünün şəxsi avtomobili olmasa da, indi 140 min manata ən axırıncı model ağ rəngli "Leksus” avtomobilinə sahib ola bilib. Bu avtomobili isə onun məktəbli oğlu şəhərdə sürür. Digər maraqlı bir fakt isə Yusif Yusibovun mobil telefonu haqqındadır. O, çox bahalı mobil telefon alıb, bu telefonun qiyməti 11 min manatdır. Ötən ilin avqust ayında isə Yusif Yusibovun "kolleksiyası”na Hacıkənddə yerləşən dəbdəbəli bağ evi də əlavə olunub. Bütün bu faktları onun əleyhdarları araşdırıb, şikayət formasında yuxarı dairələrə yazıblar. Əlbəttə, bunlar nəticəsiz qalmır. Və hər belə şikayətlər Yusif Yusifov və onun arxayın olduğu qardaşı Cavanşir Yusifovla Ceyhun Bayramovun özlərini də «silkələyir». Proses bu şəkildə davam edərsə, o zaman rektorun yaxın müddətdə vəzifəsini itirəcəyi, himayədarlarının isə daha gərgin durumla üzləşəcəyi qaçılmaz olacaq».

Yazıda adı hallanan şəxslərdən mövqe öyrənmək mümkün olmayıb. Qarşı tərəfi də dinləməyə hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi