Məktəblərdə dərs nə vaxt bitəcək? - Dəqiq tarix açıqlandı

img

17-04-2015 [13:08]


Azərbaycan Təhsil Nazirliyi Bakının bəzi məktəblərində, xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən məktəblərdə tədrisin mayın 31-dən daha tez başa çatacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
 
Nazirlik Trend-in sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır.
 
Lakin 2015-ci ildə may ayının 31-i bazar gününə təsadüf etdiyindən cari tədris ilində 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər mayın 29-u, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mayın 30-u başa çatacaq.
 
Qeyd edək ki, mayın 28-i Respublika günü ilə bağlı qeyri-iş günü olduğundan, məktəblərin əksəriyyətində dərslər mayın 27-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA