16-04-2015 [19:00]
"Avropa Oyunlarda Azərbaycan Polisinin işgüzar nüfuzunun və imicinin daha da qaldırılması üçün şəxsi heyət tərəfindən lazımi səylər göstərilməlidir".
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bunu Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Daxili İşlər Nazirliyində «Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi"nin və "I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər"in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib.
Nazir vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi işinin düzgün təşkilinin mühüm əhəmiyyətə malik olduğunu, son aylar Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi və vətəndaş məmnunluğunun təmini məqsədilə paytaxtda və ölkəmizin bir sıra rayonlarında səyyar xidmətlərin keçirildiyini, belə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin göstərilən sahədə hələ xeyli görüləsi işlərin olduğunu diqqətə çatdırıb.
İlk Avropa Oyunlarının ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən geniş quruculuq, abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara verilən yüksək qiymətin əyani göstəricisi olduğunu xatırladan daxili işlər naziri bu mötəbər beynəlxalq idman yarışlarına hazırlıq işlərinin sürətlə getdiyini, planlaşdırılan tədbirlərin ardıcıllıqla yerinə yetirildiyini və ciddi nəzarətdə saxlanıldığını qeyd edib. Sözügedən ümumdövlət əhəmiyyətli tədbir ərəfəsində respublikada ictimai asayişin və daxili təhlükəsizliyin etibarlı qorunması və I Avropa Oyunlarına hazırlıqla bağlı dövlətin, hökumətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın əvəzsiz dəstəyi sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğu xüsusi vurğulanıb.
Mövcud kriminogen duruma toxunan nazir əvvəlki illərdə olduğu kimi cari ilin birinci rübündə də cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini bildirib.
İclasın yekununda nazir ucqar kənd və qəsəbələrdə səyyar qrupların fəaliyyətinin daha da gücləndirilməsinin, əhalinin bütün təbəqələrinin müvafiq sənədlərlə təmin edilməsinin ciddi nəzarətdə saxlanılmasının, eyni zamanda, bu sahədə süründürməçilik hallarının qarşısının tam alınmasının, bu işlərə ərazi polis orqanları rəislərinin, müvafiq xidmət rəhbərlərinin, habelə kurator rəis müavinlərinin nəzarəti artırmalarının vacibliyini bir daha qeyd edib. Həmçinin, şəxsiyyət vəsiqəsi almaq üçün edilən müraciətlərə ən qısa müddətdə baxılıb həll olunmasının, hazırlanmış sənədlərin dərhal sahiblərinə təqdim edilməsinin zəruriliyi nəzərə çatdırılıb.
Nazir Ramil Usubov I Avropa Oyunlarına hazırlıqla bağlı daxili işlər orqanlarının da üzərinə məsul vəzifələrin düşdüyünü, Azərbaycan Respublikası Prezidentinin Aktlarından irəli gələn məsələlərin, Təşkilat Komitəsinin müəyyənləşdirdiyi aidiyyəti vəzifələrin, Nazirliyin Tədbirlər Planlarının, əmr və göstərişlərinin layiqincə icrasının hər bir əməkdaşın şərəf işi olduğunu, bu zaman bir tərəfdən ən yüksək səviyyədə xidmət aparılmasının, digər tərəfdən, həmin Oyunlarda Azərbaycan Polisinin işgüzar nüfuzunun və imicinin daha da qaldırılması üçün şəxsi heyət tərəfindən lazımi səylərin göstərilməsinin əhəmiyyətini qeyd edib.
Daxili işlər naziri adıçəkilən tədbirin ölkəmizin adına və nüfuzuna layiq təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsinin, baş verə biləcək istənilən fövqəladə vəziyyətə hazırlıq məqsədilə vaxtaşırı təlim-məşqlərin təşkilinin, əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılmasının, Nazirliyin müvafiq strukturlarının aidiyyəti dövlət orqanları ilə davamlı informasiya mübadiləsi aparmasının, şəxsi heyətin mənəvi, psixoloji və peşəkar hazırlığının daha da yüksəldilməsinin vacibliyindən danışıb.
Çıxışının sonunda nazir, general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, Vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti qarşıdan gələn I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün üzərinə düşən bütün məsul vəzifələri əzmlə yerinə yetirəcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi