16-04-2015 [17:22]
Azər Həsrət, azer@azerhasret.com
Avropa yenə də edəcəyini etdi. Saxta erməni soyqırımına bir daha mandat verib Türkiyənin, onunla ət və dırnaq qədər yaxın olan Azərbaycanın üzərinə gəldi. Avropa Parlamenti Türkiyəni erməni "soyqırımını” tanımağa çağırdı.
Ümumiyyətlə, son günlər Qərbdən bu cür çağırışlar artmaqdadır. Türkiyənin üzərinə gəlirlər. Onunla birlikdə və ondan daha artıq Azərbaycanın üzərinə gəlirlər. İnsan haqları, demokratiya kimi bəhanələrlə. Guya ki, bizdə yüzlərlə siyasi məhbus varmış. Yəni bu uydurmalarla üzərimizə hücuma keçirlər.
Qərbdəki bəlli dairələrin bu hücumları təsadüf deyil. Planlıdır və məqsədlidir. Türkiyəni də, Azərbaycanı da dizə gətirmək, milli kimlik və milli maraqlardan uzaqlaşdırmaqdır bunların məqsədi.
Və onların o məqsədlərinə qulluq edən sapı özümüzdən baltalar!
Azərbaycan hakimiyyətini davamlı olaraq sərbəst toplaşmaq azadlığını pozmaqda ittiham edən Milli Şura adlı amorf qurum dünən bir toplantı keçirib. Bunların məqsədi, sən demə, Avropaya inteqrasiya imiş. Bunlar iddia ediblər ki, Azərbaycan dayanmadan, durmadan təcili Avropa Birliyilə ortaqlıq sazişini imzalamalıdır. Bunlara görə, bizim nicatımız yalnız bundaymış.
Onlar Azərbaycanı ortaqlıq sazişinə sürükləməkdəykən Avropa Parlamenti də saxta erməni soyqırımına daha bir dəfə gerçəklik donu geyindirməklə məşğul idi. Təsadüfə baxın, deyilmi? Onlar orda Türk millətinin üzərinə gəlir, bunlar da burda Türk millətini Avropanın ayaqları altına atmaq üçün toplantı düzənləyir.
İndi kimsə çıxıb deyə bilər ki, bu bir təsadüfdür. Mənsə deyirəm ki, heç təsadüf filan deyil. Zatən bəlli idi ki, Avropa Parlamenti məhz həmin gün belə bir müzakirəyə hazırlaşır. Niyə Azərbaycanın başabəla müxalifləri bunu nəzərə alıb elə toplantılarındaca Avropa Birliyini tənqid etmirdilər? Etmədilər. Əksinə, Azərbaycanı tənqid etdilər ki, niyə bu Birliyə doğru getmir!
Bəli, durum budur! Bunlar Xocalı soyqırımı günündə də susurlar, səsləri gəlmir. 31 mart soyqırım günündə bunların lideri videomüraciət yayaraq insanları "yalana və talana son” şüarı altında mitinqə səsləyir. Bu dəfə də elə həmin başabəla liderlər öz dəstələrini başlarına yığıb Azərbaycanı Avropa Birliyinin ayaqlarının altına atmağa çağırışlar edirlər!
Sanki Avropa Birliyinə zorla birləşdirilməyə çalışılan Ukraynanın başına gələnləri görmürlər! Sanki durmadan Avropa, Qərb deyən Gürcüstanın başına gələnləri görmürlər!
Məncə görürlər! Bunların dərdi, əslində, heç Avropa da deyil! Sadəcə hakimiyyət davasını bu cür – milli maraqları belə ayaqlar altına ataraq aparırlar! Bunlar budur!
Gün bitmək üzrədir, hələ də bunlardan Avropa Parlamentinin erməni məsələsilə bağlı mövqeyinə reaksiya yoxdur! Niyə susursunuz?!
Necə olur ki, hansısa rayonda bir nəfər özünü asanda Qarabağ savaşına dəxli belə olmadığı halda onu Qarabağ qazisi elan edib hakimiyyətin əzazilliyi haqqında palaz-palaz açıqlamalar yayırsınız, amma bu boyda məsələyə susqunsunuz?
Siz kimsiniz? Bu millət sizə nə etdi də ermənilərlə eyni mövqedən çıxış edirsiniz?
Niyə Azərbaycana qarşı olan çıxışlara ermənilərlə siz eyni şəkildə sevinirsiniz?
Bu torpağın çörəyini yeyib suyunu içirsiniz, amma yenə də xəyanətinizdən qalmırsınız!
Yetməzmi bu qədəri? Niyə bu xalq, bu dövlət sizin kimi ünsürlərə hələ də dözməlidir?
Mən bilirəm bunun səbəbini: siz sadəcə ocaq başındakı düşmənsiniz!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi