Kürdəmirdə at əti satan tutuldu

img

16-04-2015 [17:13]



Aprelin 15-i axşam saatlarında daxil olmuş məlumat əsasında Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkar edib.

 Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Mia.az-a daxil olan məlumata görə, aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub:

 "İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülmüş (heyvanın başı və ayaqları olsa da) və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Aşkar edilmiş ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA