Bakıda gənc oğlanın başına göydələndən daş töküldü - FOTOLAR

img

16-04-2015 [14:20]


Bakıda 23 yaşlı gənc bədbəxt hadisə ilə üzləşib.

"Report"un məlumatına görə, Xətai rayonu ərazisində tikilməkdə olan hündürmərtəbəli binalardan birinin qarşısından keçən Bakı sakini Emin Gözəlovun başına həmin tikilidən daş parçaları tökülüb.

Hadisə nəticəsində xəsarət alan gənc 1 Saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı yaralının baş nahiyəsindən zədələndiyi və qolunun sındığı məlum olub.

Hadisə barədə Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinə məlumat verilib. Hazırda bölmənin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA