İki icra başçısı hədəfə alındı - Yoxlama (Rəsmi)

img

16-04-2015 [12:53]


Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib

Palatadan Mia.az-a daxil olan məllumata görə,  iclasda Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Bakı şəhəri Xətai rayonu və Xızı rayon icra hakimiyyətlərinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan şəhər 3 nömrəli Mənzil İstismar İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə, həmçinin digər mənbələrdən daxilolmaların icrasına dair audit proqramı təsdiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA