Artur Rəsizadə qərar verdi; bu dövlət qurumları ləğv olundu -siyahı

img

16-04-2015 [11:41]


Nazirlər Kabineti "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" 2002-ci il 20 sentyabr tarixli 146 saylı qərarını ləğv edib.

Mia.az xəbər verir ki, idarələrin ləğvi ilə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara görə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müvafiq dövlət orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll edəcək. Belə ki, sözügedən qərarla nazirliyin regional idarələri ləğv olunur.

Qərar bu il iyunun 1-dən qüvvəyə minəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA