Səbail rayonunda «Ağ ölümə» yox deyək!» mövzusunda tədbir - FOTOLAR

img

16-04-2015 [10:08]


Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Bakı şəhər Baş Polis İdarəsi, Səbail rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin birgə təşkilalatçılığı ilə Səbail rayonundakı 6 saylı orta məktəb-liseydə «Ağ ölümə» yox deyək!» mövzusunda tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Səbail rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin rəhbərliyi ilə yanaşı, Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İşin Təşkili bölmələrinin, məktəbin pedaqoji kollektivinin nümayəndələri və şagirdlər də iştirak ediblər.
 
Tədbiri açan Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının sədri Eldar Ağayev rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə söz aşaraq, bildirib ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. O, rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verib.
 
Yeniyetmələr qarşısında çıxış edən Səbail rayon Polis İdarəsi Yetkinlik Yaşına Çatmayanlarla İşin Təşkili bölməsinin inspektoru, polis mayoru Gülzar Əliyeva, Bakı şəhər Baş Polis İdarəsinin inspektorları polis mayoru Məryəm Ömərova və Kəmalə Ələkbərova, AMEA-nın şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Polis Akademiyasının müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov və başqaları çıxış edərək bildiriblər ki, yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan «ağ ölümə» qarşı həyata keçirilən genişmiqyaslı tədbirlərdə əsas məqsəd gənclərin bu bəladan uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin təbliği, narkomaniyanın fəsadlarının nə qədər təhlukəli olduğunu izah etməkdir. 

Çıxışçılar rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər və narkomaniya ilə bağlı respublikamızda və rayondakı vəziyyət barədə ətraflı məlumat verərək, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışmış, yeniyetmələri ayıq, zərərli vərdişlərə aludə olmamaq üçün diqqətli olmağa çağırıblar.

 Məruzəçilər tərəfindən konkret faktlarla narkotika qurbanlarının əvvəlki və sonrakı həyatı barədə, narkomanların törətdikləri müxtəlif cinayətlər, narkomanlığa qurşanmış gənclərin ailələrində yaranan problemlər və onların dağılmalarından şagirdlərə geniş izahatlar verilib.

Tədbirdə narkomaniyanın fəsadları ilə bağlı slaydlar nümayiş olunmuş, şagirdlərə bukletlər paylanmış və onları maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

Səbail rayonunda  «Ağ ölümə» yox deyək!»  mövzusunda tədbir
Səbail rayonunda  «Ağ ölümə» yox deyək!»  mövzusunda tədbir
Səbail rayonunda  «Ağ ölümə» yox deyək!»  mövzusunda tədbir
Səbail rayonunda  «Ağ ölümə» yox deyək!»  mövzusunda tədbir
Səbail rayonunda  «Ağ ölümə» yox deyək!»  mövzusunda tədbir
Səbail rayonunda  «Ağ ölümə» yox deyək!»  mövzusunda tədbir
Səbail rayonunda  «Ağ ölümə» yox deyək!»  mövzusunda tədbir
Səbail rayonunda  «Ağ ölümə» yox deyək!»  mövzusunda tədbir
Səbail rayonunda  «Ağ ölümə» yox deyək!»  mövzusunda tədbir
Səbail rayonunda  «Ağ ölümə» yox deyək!»  mövzusunda tədbir


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA