General əmr verdi, yeni idarə rəisi təyin olundu

img

15-04-2015 [14:56]


Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinə təyinat həyata keçirilib. 

Məlumata görə, Qəbələ Hava Limanının rəisi, mayor Babək Orucov Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinə VİP ximdəti bölməsinin rəisi təyin olunub. Babək Orucovun dünən vəzifədən azad olunan polkovnik Gündüz Bağırovun vəzifəsini icra edib-etməyəcəyi bizə məlum deyil. 

Qeyd edək ki, dünən DSX rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə işdə yol verdiyi nöqsanlara görə Xidmətin Hava limanında Baş İdarə rəisi, polkovnik Gündüz Bağırov vəzifədən azad olunub. Onun hansı qüsurlara görə işdən azad olunması haqda bizdə məlumat olsa da, rəsmi olaraq təsdiqlənmədiyi üçün dərc edə bilmirik(Qafqazinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA