15-04-2015 [13:53]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının (İİR) kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirlikdən Mia.az-a daxil olan məlumata görə, görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, bu ölkənin İslami Şura Məclisinin üzvləri, millət vəkilləri Salar Muradi, Əli Mərdani və başqaları da iştirak edib.
Görüşdə Azərbaycanla İran arasında əlaqələrin daim gücləndiyini diqqətə çatdıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı səfərlərinin, beynəlxalq tədbirlər çərçivəsində keçirdikləri görüşlərin, müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanan sənədlərin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb: "Son on ildə 3,4 dəfə iqtisadi artıma, o cümlədən qeyri-neft sektorunda 2,6 dəfə artıma nail olan, əhalinin gəlirlərinin 6,5 dəfə çoxaldığı Azərbaycanda inkişaf dinamikası bu il də uğurla davam edib. Cari ilin ilk rübündə ölkədə iqtisadi artım 5,3 faiz çox, o cümlədən qeyri-neft sektorunda 7 faiz təşkil edib. Əhalinin gəlirləri 2,8 faizlik inflyasiyanı təxminən iki dəfə üstələyərək 5,3 faiz artıb. Son on ildə 1 milyon 360 min yeni iş yeri, təkcə bu ilin ilk rübündə isə 30 minə yaxın yeni iş yeri açılıb. Bu gün Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə, işsizlik isə 4,9 faizə enib”.
S.Müslümov milli əmək və sosial müdafiə sistemində aparılan islahatlar, əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin qurulması, sosial təminat növləri və tibbi-sosial ekspertiza üzrə xidmətin avtomatlaşdırılması, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib: "Nazirlik bütün bu işlərdə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsinə, beynəlxalq qurumlar və ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlığa xüsusi önəm verir. Hesab edirik ki, müvafiq fəaliyyət sahələrində İranla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təcrübə və məlumat mübadilələri hər iki tərəf üçün önəmlidir və bununla əlaqədar ƏƏSMN tərəfindən bütün səylər göstəriləcəkdir”.
Ə.Rəbii İran-Azərbaycan münasibətlərinin inkişafının ikitərəfli əlaqələrin genişlənməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb. O, əlilliyin olan şəxslərin reabilitasiyası, onların bərpa-müalicəsi, kimsəsiz şəxslərin sosial rifahının dəstəklənməsi, sosial xidmətlər, əmək bazarı siyasətinin inkişaf etdirilməsi və digər sahələrdə əməkdaşlığın məqsədəmüvafiq ola biləcəyini bildirib. Ə.Rəbii həmçinin işsiz şəxslərin əmək bazarına çıxışını asanlaşdırmaq üçün proqramların hazırlanması, peşə reabilitasiyası, məzunların əmək bazarına inteqrasiyası, əməyin mühafizəsi, işəgötürənlər və işçilər arasında mübahisələrin həlli və s. sahələrdə də əməkdaşlıq üçün imkanların mövcud olduğunu qeyd edib. Görüşdə təklif olunan istiqamətlər üzrə qarşılıqlı maraq doğuran məlumatlar verilərək bu sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadilələri aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi