15-04-2015 [13:16]
Koreya Respublikasının Dequ və Kencu şəhərlərində Dünya Su Şurasının və Koreya hökumətinin təşkilatçılığı ilə VII Dünya Su Forumu keçirilir.
Forumda iştirak etmək üçün "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Koreya Respublikasında səfərdədir.
AZƏRTAC-ın forumda iştirak etmiş xüsusi müxbirinin məlumatına görə 1997-ci ildən etibarən hər 3 ildən bir ölkə rəhbərləri, nazirlər, su təsərrüfatı ilə bağlı rəsmi şəxslər, siyasətçilər, alim və mütəxəssislərin iştirakı ilə keçirilən forum su amilinin və su ilə əlaqədar geniş spektrli məsələlərin dövlətlərarası qarşılıqlı anlaşma və razılaşma platformasına çıxarılmasında, dünya dövlətləri tərəfindən suyun ictimai, iqtisadi və siyasi rolunun getdikcə daha çox qəbul edilməsində müstəsna əhəmiyyət daşıyır.
Aprelin 12-də Dequ şəhərindəki Sərgi və Konfrans Mərkəzində Koreya Respublikasının Prezidenti xanım Pak Kın Henin, bir neçə ölkənin dövlət və hökumət başçılarının, nazirlərin, dövlət və hökumət rəsmilərinin iştirakı ilə forumun rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan nümayəndə heyəti açılış mərasimində iştirak edib.
Dünya Su Forumunun növbəti günü Kencu şəhərində forumun Nazirlər Prosesinin açılışı olub, plenar iclas və nümayəndə heyəti başçılarının "dəyirmi masa” görüşləri keçirilib.
Plenar iclasda çıxış edən "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, su ehtiyatlarının tükənməsinin qarşısının alınması və bunun üçün sudan istifadənin su ehtiyatlarını üstələməsinə yol verilməməsinin bütün ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, istifadə edilmiş suyun dərin təmizləmə texnologiyaları ilə yararlı hala gətirilməsi və təkrar istifadəyə verilməsi, su ehtiyatlarının formalaşdığı çay hövzələrinin deqradasiyasının qarşısının alınmasının bütün ölkələrin qarşısında duran başlıca vəzifə olduğunu diqqətə çatdırıb.
Qorxmaz Hüseynov texnogen fəaliyyətin intensivliyinin təbii proseslərin inkişafında köklü dəyişikliklərə səbəb olduğu müasir dünyamızda yerüstü və yeraltı su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
"Yuxarı axın” ölkələrini "aşağı axın” ölkələrinin maraqlarını nəzərə almağa, hər bir çay hövzəsi hüdudunda su ehtiyatlarının inteqrasiyalı idarə və istifadə edilməsinin əməli tətbiqinə, ölkələrin qonşularının problemlərinə diqqət və qayğı ilə yanaşmağa çağıran "Azərsu” ASC-nin sədri ümidvar olduğunu bildirib ki, VII Dünya Su Forumunda aparılan müzakirələr, nail olunacaq razılaşmalar qlobal iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının qorunmasında, sudan qənaətlə və təyinatı üzrə istifadə olunmasında, əhalinin dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsində mühüm rol oynayacaq.
Forum çərçivəsində "Hamı üçün təhlükəsiz və yetərincə su və sanitariyanın təmin edilməsi” mövzusunda keçirilmiş "dəyirmi masa”da çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Qorxmaz Hüseynov ölkəmizdə əhalinin içməli su ilə təminatı sahəsində görülən işlərdən danışıb. "Aşağı axın” ölkələri sırasında olan Azərbaycanın yerüstü su ehtiyatlarının 70 faizdən çoxunun ölkə hüdudlarından kənarda formalaşdığını qeyd edən Q.Hüseynov əhalinin içməli su təchizatında, suvarma əkinçiliyində müstəsna əhəmiyyəti olan Kür və Araz çayları və onların bir sıra qollarının qonşu ölkələrin ərazisində ciddi çirklənməyə məruz qaldığını, həmin çayların sularında bir sıra kimyəvi element və birləşmələrin miqdarının normadan dəfələrlə yüksək olduğunu diqqətə çatdırıb.
Azərbaycanda əldə edilmiş iqtisadi uğurların nəticələrinin əhalinin rifahının yaxşılaşdırılmasına, sağlam ekoloji mühit və həyat şəraitinin yaradılmasına yönləndirilməsinin ölkə rəhbərliyinin iqtisadi siyasətinin əsasını təşkil etdiyini bildirən "Azərsu” ASC-nin sədri deyib ki, digər sahələrdə olduğu kimi, su sektorunda da mühüm layihələr həyata keçirilir. Keyfiyyətli və dayanıqlı su mənbələri əsasında yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, yeni içməli su mənbələri aşkarlanır, innovativ texnologiyalara əsaslanan su emalı və sutəmizləyici qurğular inşa edilir, tullantı sular zərərsizləşdirilərək ətraf mühitin qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilir, ölkənin su təhlükəsizliyinin təmin edilməsi strategiyasını əsas götürərək yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, habelə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi proqramlarının hazırlanması, daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmalar aparılır.
Qorxmaz Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan hökuməti bu istiqamətlərdə xarici ölkələr və beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın KfW bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf Fondu və s. ilə sıx əməkdaşlıq həyata keçirir. Ölkəmizdə su sektorunun idarə edilməsi üzrə zəruri hüquqi bazanın yaradıldığını qeyd edən Q.Hüseynov bildirib ki, Azərbaycan Kür-Araz çayları hövzəsində yerləşən ölkələr arasında transsərhəd sularla əlaqədar Helsinki Konvensiyasını ratifikasiya edən yeganə ölkədir.
Müxtəlif mövzularda müzakirələrdən sonra Forumun plenar iclasında Nazirlər Bəyannaməsi qəbul edilib.
Azərbaycan nümayəndə heyəti Dequ Sərgi və Konfrans Mərkəzində forum çərçivəsində təşkil olunmuş sərgi ilə tanış olub. Sərgidə dünyanın bu sahədə nüfuzlu şirkətlərinin yeni texnologiyaları və xidmətləri nümayiş olunur.
Azərbaycan nümayəndə heyətinin üzvləri aprelin 17-dək davam edəcək forumun müxtəlif sessiyalarında, bölmə iclaslarında çıxış edəcəklər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi