General əmr verdi, idarə rəisi çıxarıldı, yeni rəyinat oldu-Yenilənib

img

15-04-2015 [12:41]

Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli xidmət rəisi işdən azad olunub.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən DSX rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə Xidmətin Hava limanında Baş İdarə rəisi, polkovnik Gündüz (soyadını dəqiqləşdirə bilmədik) vəzifəsindən azad olunub. Onun işdən çıxarılmasına səbəb isə işində yol verdiyi qüsurlar olub. Rəisin yerinə artıq təyinat olduğu bildirilir.

İşdən azad olunan polkovnikin məsələ ilə bağlı mövqeyini də öyrənməyə çalışdıq. O, açıqlamasında bildirib ki, hazırda məzuniyyətdədir və məsələdən xəbərsizdir.

DSX-nın mətbuat xidmətindən isə bu barədə məlumatlı olmadıqlarını bildiriblər.

Ələdə etdiyimiz məlumata görə, bir neçə ay əvvəl də sözügedən xidmət rəisinə komandan tərəfindən töhmət verilib.

*** 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA