Ziya Məmmədov qardaşı oğlunu işdən çıxardı

img

15-04-2015 [11:43]


Nəqliyyat naziri Ziya Məmmədov daha bir kadr dəyişikliyi edib.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, nazirliyin ”Bakı Sərnişin Nəqliyyatı" MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi Rövşən Məmmədov tutduğu vəzifədən azad edilib. Ziya Məmmədovun digər əmri ilə onun yerinə isə Elman adlı şəxs təyin olunub. Yeni rəisin bundan öncə Daxili Qoşunlarda xidmət etdiyi bildirilir. İdarədən məlumatı təsdiqləyiblər.

*** 

Nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxardığı şəxsin kimliyi bəlli olub.

Qafqazinfo xəbər verir ki, Rövşən Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. Nazir onu "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi vəzifəsindən azad edib.

R. Məmmədovun atası Loğman Məmmədov isə Nəqliyyat Nazirliyinin ən böyük avtobazalarından birinə rəhbərlik edir.

Nazirin qardaşı oğlunun yerinə təyinat alan şəxs isə Elmixan Hacıyevdir. O, əvvəl nazirlikdə təhlükəsizlik xidmətində işləyib.

Qeyd edək ki, ötən il Loğman Məmmədovun qızı Günay Ələsgərova avtomobil qəzasında dünyasını dəyişib.

Xatırladaq ki, Rövşən Məmmədov 2012- ci ildə bu vəzifəyə təyin edilib. O vaxta qədər MMC-nin rəisi Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA