15-04-2015 [09:27]
Mia.az xəbər verir ki, "Yeni Müsavat”ın dərc etdiyi məqalədə bildirilir ki, bir neçə il əvvəl dünyadakı böyük iqtisadi böhran Azərbaycan məmurlarının hətta transmilli şirkətlərə yatırdıqları investisiyanı "vurdu” və onlar ciddi maliyyə ziyanına düşdülər. Xəbərlərə görə, məhz bundan sonra daha çox məmur paralarını banklarda "yatırmağa” qərar verdi. Bu, biznes maraqları baxımından əlverişsiz olsa da, daha təhlükəsiz seçim hesab olunurdu.
Amma bu ilin fevralında İsveçrədə dünyanın ən böyük ikinci bankında - HSBC-də gizli hesabların internetə sızması bankların da əslində etibarsız olduğunu üzə çıxardı. Məlum olmuşdu ki, Azərbaycandan da 21 nəfər müştərinin ümumi bank hesabı təxminən 3,8 milyon dollar təşkil edib. Həmin şəxslər arasında ən çox pul hesabı isə 1,6 milyon dollara sahib müştəridir. Amma kimdir, nə işin sahibidir, bunlar bilinmədi.
Əslində İsveçrə bankında üzə çıxan gizli hesabdakı məbləğ Azərbaycanın bəzi məmur-oliqarxları üçün "tum pulu” hesab oluna bilər. Heç kimə sirr deyil ki, iqtidarda uzun müddətdir vəzifə tutan şəxslərin bəziləri təkcə Bakıda və ya ölkənin səfalı guşələrində tikdirdikləri yay villalarına içinin mebelləri ilə birgə milyonlarla dollar xərcləyirlər. Elələri var ki, qarajlarında üst-üstə dəyəri milyonlar edən avtomobillər saxlayırlar.
Azərbaycan iqtidarı "şişmiş məmurların” pullarına nəzarət etmək üçün ötən ilin iyununda "Banklar haqqında” Qanuna dəyişiklik etməli oldu. Həmin dəyişikliyə əsasən, Azərbaycan məmurları (və ya sadə vətəndaş) xarici banka pul yatırırsa, bu halda mütləq Azərbaycanın dövlət orqanlarını məlumatlandırmalı, məbləğə uyğun vergiyə cəlb edilməlidir.
Bu, artıq məmurları külli miqdarda pullarını saxlamaq üçün daha başqa planlar qurmağa sövq edəcək.
Qəzetə daxil olan məlumata görə, Azərbaycanda bir nazir uzun müddətdir ki, pullarını, yəqin ki, həm də digər qiymətli əşyaları (məsələn, antikvarlar, qızıl, daş-qaşlar, yumurta boyda brilyantlar) xaricdən gətirdiyi, yalnız özünün bildiyi xüsusi bir firmanın tikdiyi otaqda saxlayır.
Mənbənin dedikləri var-dövlətini bir sirli mağarada saxlayan məşhur hind filmini xatırlatsa da, israr edir ki, bu bir gerçəkdir. "Həmin bağ evinin içərisindəki otaq o qədər ideal və möhkəm konstruksiya ilə tikilib ki, nə yana, nə təbii fəlakətdə zədələnə bilər. Yəni bir bunker. Ən müasir texnologiya ilə qorunması da təşkil edilib. Bankı yara bilərlər, o otağı isə yox” deyə, qaynaq bildirib. Onun kimliyinə gəlincə, mənbə bu adın çəkiləcəyinin nə dərəcədə riskli olduğunu söyləyib və təbii ki, ad çəkmək istəməyib. Yalnız onu deyib ki, o məmur, onun var-dövləti haqda mətbuat çox yazır... Üstəlik o, elə sahəyə rəhbərlik edir ki, dövlət büdcəsindən ən çox maliyyə vəsaiti həmin sahəyə ayrılır. O da təmir, əsaslı təmir adı ilə onlardan daha çox faydalana və onları rahat mənimsəyə bilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi