"HEEL" firması həkimlərə nələr təklif edir? - Firma prezidentin xəbərdarlığına məhəl qoymur

img

14-04-2015 [16:12]


"Bir neçə gün öncə möhtərəm Prezidentimizin 2015 ci ilin 1-ci rübünün yekunlarına həsr olan iclasında da toxunduğu bu məsələ mövzunun nə dərəcədə aktual olduğunu göstərir. Belə ki, ölkəyə su qiymətində daxil olan dərman vasitələri dəyərindən bir neçə dəfə baha qiymətə satılır. Mən özüm həkim olduğum üçün öz təcrübəmdən rast gəldiyim bir halı Sizə bildirmək istərdim". 

Bu sözləri adının çəkilməsini istəməyən həkimlərdən biri Mia.az-a yazıb. Onun sözlərinə görə, bu baxınlarda işlədiyi klinikaya digər firmalar kimi, Almaniyanın "HEEL" preparatlarının ölkəmizdəki eyni adlı nümayəndəliyinin tibb nümayəndəsi gəlib:

"Nümayəndə Vəfa adlı xanım mənə öz firmalarının gətirdiyi dərman preparatlarını reklam etdi. "Biolojo Təbabət" klinakasının nəzdində yerləşən bu "HEEL" firması baxmayaraq, öz dərmanlarını Almaniyadan avro ilə ödəniş edərək gətirir, məlum 21 fevral devalvasiyasından sonra ABŞ dollarının qalxması bəhanəsi ilə öz dərman preparatlarının ölkəmizdəki satış qiymətini 30% bahalaşdırıb. Amma hamının bildiyi kimi, devalvasiyadan sonra ABŞ dolları ciddi bahalaşsa da, bu, avro ilə nisbətdə yaşanmayıb. Ancaq sən demə, bunun dərman firmalarına aidiyyatı yoxdur. Onlar bir bəhanə lazımdır ki, artıq qazanc üçün hər varianta getsinlər. Onlar həm bunu, həm də bu yolla əldə edəcəkləri artıq qazanc hesabına "işlədikləri həkimlər"ə motivasiya kimi bu dərmanların satışını həyata keçirdikləri üçün əlavə % qazancı verməkdir. Yəni artıq qazanıb, həm də həkimlərə artıq % lər verməklə, inhisarçı mövqeylərini qorumağ planlayıblar. Elə "HEEL" firmasının tibb nümayəndəsi Vəfa adlı bu qız mənə əvvəlkindən fərqli olaraq, indi yazılmış resept dəyərinin 40%-ni qazanc kimi  təklif etməsi də dediklərimə aydınlıq gətirə bilər. Razı olacağım halda, öz meneceri vasitəsi ilə gəlib, mənimlə anlaşma müqaviləsi imzalayacaqlarını bildirdi".

Həkimin sözlərinə görə, buradan belə anlaşılır ki, devalvasiyadan istifadə edərək bu mövcud vəziyyətdən qazanmaq istəyənlər də var: "Mən, bir vicdanlı həkim kimi bu fakta qarşı biganə qala bilməzdim. Ona görə sizə yazdım ki, bunu jurnalist kimi araşdırın...".

Xatırladaq ki, prezident İlham Əliyev ölkədə dərmanların qiymətlərinin süni qaldırlması ilə bağlı Nazirlər Kabinetinin son müşavirəsində sərt xəbərdarlıq etməklə yanaşı, müvafiq dövlət qurumlarına tapşırıqlar verib. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA