Səlim Müslümov səfərə çıxır

img

14-04-2015 [12:46]


Aprelin 16-19-da Ankara şəhərində Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclası keçiriləcək.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

 Məlumatda o da bildirilir ki, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında  əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq keçirilən iclas bu iki qurumun fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar fikir mübadiləsinin aparılması, əmək miqrasiyası üzrə mövcud problemlərin və onların həlli yollarının müzakirəsinə həsr olunub. İclasda həmçinin əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması, məşğulluq və peşə hazırlığı,  əlilliyin reabilitasiyası sahələrində əməkdaşlıq məsələləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA