Nazirin icra başçısını döymə xəbərinə sərt reaksiya

img

13-04-2015 [22:09]


Bu gün AzToday.az saytında müdafiə naziri Zakir Həsənovun Şəmkirdəki hərbi hissəyə səfər çərçivəsində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovu döyməsi ilə bağlı xəbər yer alıb. Saytın yazdığına görə, buna səbəb hərbi hissə daxilində fəaliyyət göstərən restoranın sökülməsi ilə bağlı müdafiə nazirinin tələbinin icra başçısı tərəfindən icra edilməməsi olub.

Bununla bağlı Moderator.az-a açıqlama verən Müdafiə Nazirliyinin mətbuat xidməti yayılan informasiyanı absurd adlandırıb:

"Açığı bu kimi absurd xəbərə şərh vermək belə yersizdir. Bu məlumatı yazan və yayan şəxsin ehtimal ki, psixi durumunda çatışmazlığı var və müəyyən problemləri mövcuddur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA