13-04-2015 [18:00]
Bu gün ADP İdarə Heyətinin növbəti
toplantısı keçirilib.
Mia.az xəbər verir ki, toplantıda ölkə
və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti
olub. Toplantı iştirakçıları ilk növbədə Bakıda keçirilən ABŞ-Azərbaycan
hərbçiləri arasında keçirilən konfransın nəticələrinə münasibət bildirib və
müdafiə sahəsində bu cür əməkdaşlığın qurulmasını ölkəmizin Avroatlantik məkana
inteqrasiyası, hərbi sistemimizin NATO standartlarına uyğunlaşdırılması
baxımından xüsusi əhəməyyət kəsb etdiyini qeyd edib. Eyni zamanda
konfransdan dərhal sonra Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə
Komitəsinin sədri Aleksey Puşkovun Azərbaycanla ABŞ arasında əməkdaşlığın guya
digər ölkələrdə olduğu kimi Azərbaycanda da narıncı inqilabla nəticələnə
biləcəyi, qərblə münasibətlərin qurulmasında Rusiya faktorunun nəzərdən
qaçırılmaması barədə Azərbaycanın ABŞ-la münasibətlərdən çəkinməyə yönəlmiş
təhrikedici bəyanatına münasibət bildirən partiya yetkililəri bu tip
bəyanatların Azərbaycanın daxili işlərinə qarışma halı kimi dəyərləndirib və
iki ölkə arasında qarşılıqlı münasibətlərə xələl gətirən bu cür yanaşmaların
arzu olunmaz olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti dövlət başçısı İlham
Əliyevin Azərbaycan Cümhuriyyətinin qurucusu M.Rəsulzadənin anadan
olmasının 130 illiyi ilə əlaqədar onun xatirəsinin əbədiləşdirilməsi barədə
verdiyi fərmana baxmayaraq, M.Rəsulzadənin BAKMİL metrosu yaxınlığında qoyulan
büstünün dağıdılaraq yerində H.Əliyevin heykəlinin qoyulması faktına münasibət
bildirib və bu addımı Azərbaycan Demokratik Respublikasının ilk qurucusuna sayqısızlıqla
yanaşı, ölkə başçısının fərmanına qarşı addım kimi dəyərləndirib və hakimiyyəti
demokratik tariximizin izini itirmək istəyən məmurlara qarşı sərt tədbirlər
görməyə çağırıb.
İdarə Heyəti Roma Papası birinci
Franksisin Vatikanda keçirilən mərasim zamanı uydurma "erməni soyqırımı”nı
iyirminci əsrin ilk soyqırımı olması barədə verdiyi bəyanata münasibət bildirib
və tarixi reallıqları əks etdirməyən, yalnız erməni təəssübkeşliyinə
əsaslananan bu cür bəyanatların Papanın barışdırıcı missiyası ilə bir araya
sığmadığını və regionda sülhün və təhlükəsizliyin pozulmasına xidmət etdiyini
diqqətə çatdırıb və Vatikan başçısını bu bəyanatla bağlı təkzib verməyə
çağırıb.
İdarə Heyəti Milli Şuranın təşkil etdiyi
etiraz aksiyasından sonra bir neçə dinc aksiya iştirakçısının həbs edilməsini
qətiyyətlə pisləyib və insan hüquq və azadlıqlarının, sərbəst toplaşma
tələblərin pozulmasına, ölkənin beynəlxəlq nüfuzunun aşağı düşməsinə xidmət
edən bu cür addımların yolverilməz olduğunu diqqətə çatdırıb və hakimiyyəti
həbs edilən şəxslərin azadlığa buraxılması ilə bağlı addımlar atmağa çağırıb.
İdarə Heyəti manatın devalvasiyaya
uğraması faktından sonra ölkədə bir sıra istehlak mallarının, xüsusilə də tibbi
dərman vasitələrinin qiymətinin kəskin şəkildə bahalaşması, qiymətlərin artması
müqabilində minimum əməkhaqqı bazasının əvvəlki şəkildə qalması, monopolist
qüvvələrin orta və kiçik biznesi sıradan çıxarması, əhalinin sosial
vəziyyətinin getdikcə ağırlaşması, indeksasiya siyasətinin aparılmaması
faktından ciddi narahat olduğunu bildirib və hakimiyyəti süni bahalaşmaya qarşı
mübarizə aparmağa çağırıb.
İdarə Heyəti son vaxtlar Bakı şəhərində
tikilmiş binaların zahiri görünüşünü gözəlləşdirmək məqsədi ilə binaların
fasadlarına tezalışan və təhlükəsizlik baxımından yararlı olmayan üzlüklərin
çəkilməsindən dolayı həmin binalarda vaxtaşırı olaraq yanğınların baş
verməsindən narahat olduğunu bildirib və hakimiyyəti istismar müddəti başa
çatmış binalara yararsız üzlükləri çəkməkdənsə, həmin binaların yeniləri ilə
əvəzlənməsi və ya üzlüklərin daş plitələrlə əvəzlənməsi qayğısınna qalmağa
çağırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi