Autizm-2015: belə tədbirlərin hansı xeyiri var?

img

12-04-2015 [12:42]


Əhməd Rəhmanov
Son bir ayda Azərbaycanda kecirilən Autizmlə baglı maarifləndirmə tədbirlərin birinində bu günlərdə  iştirak etdim. Əvvəla övladım bu problemdən əziyyət cəkdiyi ucun bu tip tədbirlərin mahiyyəti məni maraqlandırırdı. İkinci də ki, bu, mənim vəzifə borcumun bir hissəsi idi. 

Bu tədbirdə mənim fikrimi isə özünə cəkən mühazirəçi yox, öz anasıyla bu tədbirə gələn 13-14 yaşında olan bir oğlan uşağı oldu. Bir çoxlarının fikri muhazirəçidə olmasına baxmayaraq, bu uşaq əlində ki planşetdə Bakının peykdən cəkilmiş elektron xəritəsini böyudub kiçildir və bundan həzz alırdı. Bir anlıq bu uşağın gözüylə bütün bu tədbirlərə baxdım. Autizm sinrdiromlu uşaqlardan başqa bu tədbir hamıya lazim idi. Kiminə aldığı qrantı dogrultmaq, kiminə gələcəkdə Autizm uşaqların hesabına iş yeri qazanmaq ucun, kimisin də sadəcə maraq üçün. Amma yenə də deyirəm belə tədbirlərin mənim övladım kimi Autizdəm əziyyət çəkənlərin heç birinə aidiyyatı yox idi. Əvvəla ona görə ki, Maarifləndirmə adı altında aparılan bu tip tədbirlər bizlərə lazımdır ki, kücədə problemli uşaq, gördukdə onu tərbiyəsiz və ya dəli adlandırmayaq. 

Autizm –sözünü kökündə Aut , yanı ətrafdadan xaric olmaq, özünə qapanmaq kimi anlayış durduğundan Autizm problemli insanlarda öz aləmlərindədirlər. Onların öz dünyaları var. İndiki zamanda Eynşteynin nisbilik qanununa söykənsək, hələ kimin normal kimin problemli olması sual altında olacaq. Maarifləndirmə adı altında aparılan tədbirlərdə dəfələrlə olmuşam, istər bu siyasi, istərsə də Autizm problemiylə baglı olsun. Məni bu tədbirlərdə bir məsələ maraqlandırıb həmişə, Bəs bu tədbirlərin problemlilərə nə xeyri var? 

Autizdən götursək, Autizm problemli insanların bu ölkədə ilk və ən vacib problemi maliyyə problemidir. Bu problem aradan qaldırılmasa, "Yeddi oğul istərəm"dəki Qəzənfər əmi demişkən: bütün cümlə cahanda gəlsə, Gəray bəyi sagalda bilməz".

 Bu gün Azərbaycanda Autizm problemi ancaq maarifləndirməkdən irəli gedə bilməmişdir. Cünkü, ayı 200 manat əmək haqqına işləyən vətəndaş problemli övladını dərsin biri 20-30 manat olan tədris mərkəzinə aparmaq imkanında deyil. Autizm sindiromu, uşaqlara hələ də 3 yaşından sonra rəsmən verildiyindən 3 yaşına kimi bu uşaq bu problemdən "ala-çiy" anlayışı olan həkimlərimizin səyi nəticəsində psixotrop dərmanlarla mualicə almalı olurlar. Azərbaycanda bir çox analizlərin aparılması mümkün olmadığı ücünsə, bu diaoqnozun düzgün qoyulub-qoyulmamağı və müalicənin düz aparılması da suala altında qalır.

 Bundan əlavə bütün dunyada olduğu kimi, Azərbaycan tibbi autizmin məsuliyyətini və müalicəsini öz üzərinə götürmək fikrində deyil. Əksinə, Autizmi normal vəziyyət kimi insanların beyninə yerirtmək istəyirlər. Bunun da bir səbəbi var. Artıq bütün dunyada Autizmin genetik yox, xarici amillərdən daha çox aslı olduğu sübuta yetmişdır. Bu isə o deməkdir ki, Autizmin yaranma səbəbləri kimi ətraf mühitin çirkliliyi, qidalarda olan genetik modifikasiya və bəzi peyvəndlərin tərkibində konservant kimi işlənilən agır metallardır (civə və aliminium). Odur ki, mən tam əminliklə demək istəyirəm ki, 2015 il Autizm problemli uşaqlarımızın xeyrinə işləmədi....



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA