“Azərsu” ASC-nin sədri komandası ilə Su Forumunda

img

12-04-2015 [11:51]


Koreya Respublikasının Dequ və Gyenju şəhərlərində 7-ci Dünya Su Forumu keçirilir.

Tədbirdə Azərbaycanı "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Dünya Su Şurasının təşkilatçılığı ilə hər üç ildən bir keçirilən forum su amilinin və su ilə əlaqədar geniş spektrli məsələlərin dövlətlərarası müzakirəsi üçün platforma xarakteri daşıyır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti forumun plenar iclasında, dəyirmi masalarda və müxtəlif bölmə iclaslarında iştirak edəcək, ikitərəfli görüşlər keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA