11-04-2015 [13:29]
Qədim Romadan gəlmə məşhur bir deyim var: "Ən qısa əmr - şəxsi nümunədir”... Bu ifadə Roma komandanlarını öz döyüşçülərini mübarizəyə ruhlandırmaq məqsədiylə ortaya çıxsa da, sonradan bütün əsrlər boyu təkcə savaşlarda deyil, həm də insan tərbiyəsində və idarəetmədə ən vacib şərtə, "qızıl qayda”ya çevrildi...
Son vaxtlar Azərbaycanda çox geniş yayılan və ölkənin nüfuzuna ciddi xələl gətirən bir sıra hallara, o cümlədən məmur özbaşınalığına qarşı mübarizənin təşkilində də ağıllı adamlar Romadan üzü bəri gələn bu "qızıl qayda”nın tətbiqinin çox vacib olduğunu söyləyirdilər. Elə ölkə Prezidenti cənab İlham Əliyev də dəfələrlə və ardıcıl olaraq çıxışında vurğulayır ki, rəhbər işçi, dövlət məmuru keçirdiyi həyat tərzində və xalqa xidmətdə nümunə olmalıdır... Çünki vəzifəli şəxsin nəinki özünün, hətta yaxın-uzaq qohumlarının belə, davranışları daim cəmiyyətin diqqətində, nişangahında olur...
Bu baxımdan, dünən Bakıda baş verən bir hadisəni bundan sonra nəinki bütün vəzifəli şəxslərə örnək olacaq, həm də uzun müddət Azərbaycan polis sitemində dillərdə dastana çevriləcək bir davranış nümunəsi saymaq olar.
Belə ki, Strateq.az-ın əldə etdiyi məlumata görə, aprelin 10-da Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis generel-mayoru Şərif Əsədullayev öz oğlu Tamerlan Əsədullayevi həbs etdirərək istintaq orqanlarına təhvil verib. Hadisə barədə ilkin olaraq bizə o məlumdur ki, general Şərif Əsədullayev oğlu Tamerlan Əsədullayevin Bakıdakı restoranlardan birində dava saldığını, bir nəfəri döydüyünü və sonra da qaçıb gizləndiyini eşidib. Dərhal oğlunu tapdıran və sonra da, necə lazımdırsa, tənbeh edən Əsədullayev bu özbaşınalığa göz yummayaraq, oğlunu öz əlləri ilə gətirib polisə təhvil verib və israrla da həbs olunmasını istəyib! Bizə çatan məlumata görə, artıq məhkəmə qərarı ilə Tamerlan Əsədullayevin barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib...
Bax, belə...
Biz Şərif Əsədullayevin bir ata kimi keçirdiyi hissləri anlayırıq, ancaq onun öz general ləyaqətini övlad sevgisindən, atalıq hissindən də üstün tutmasını isə bircə ifadə ilə qiymətləndirmək istəyirik: "Əsl Generala yaraşan və əsl general davranışı da budur!”. Əhsən!
Kaş ki, insanları hamının qanun qarşısında bərabər və hamının da qanunun aliliyinə hörmət və riayət etməyə borclu olduğuna inandıran bu gözəl nümunəyə nəinki polis sistemində, bütün hüquq-mühafizə orqanlarında, dövlət qurumlarında da rast gəlinəydi...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi