10-04-2015 [18:24]
Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin iclasında ölkənin dərman bazarında hökm sürən vəziyyətdən kəskin narazılığını bildirib, dərmanların baha satıldığını deyib və Səhiyyə Nazirliyinə bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün tapşırıqlar verib.
Azərbaycan prezidentinin ölkənin dərman bazarındakı vəziyyətə müdaxilə etməsi bəlkə də bir çoxları üçün gözlənilməz hesab oluna bilər.
Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, dərman inhisarçılarının haqsız qazanc əldə etmək cəhdlərinə prezidentin müdaxilə edəcəyi təxmin olunurmuş.
Məsələ burasındadır ki, hər şey fevralın 21-də manatın 34 faiz devalvasiyasından sonra başlayıb. Devalvasiya prosesindən isə bəzi əliəyrilər və möhtəkirlər öz ciblərini doldurmaq üçün fürsət kimi yararlanmağa çalışıblar. Onların sırasında Azərbaycanın dərman bazarında inhisarçı mövqeyə malik olan "Avromed Company” ASC-nin rəhbərliyi də yer alırdı (mötəbər mənbələrdən alınan məlumata görə, deputat Cavanşir Feyziyev bu şirkətdə 75 faiz paya malikdir).
Xatırladaq ki, "Avromed” dünyanın aparıcı dərman firmalarının məhsullarının Azərbaycana idxalı ilə məşğul olur. Şirkətin ölkəyə idxal etdiyi dərmanların, tibbi pereparatların və parafarmasevtika məhsullarının sayı 15 mindən çoxdur.

Bu dərmanların keyfiyyəti başqa mövzudur. Lakin məlumdur ki, imkanlı azərbaycanlılar dərmanları xaricdən almağa üstünlük verirlər, dərmanları yerli apteklərdən almağa məcbur olanlar isə onun saxta olub-olmadığını xeyli araşdırmalı olurlar.
Əvəzində isə bizim apteklərimizdəki qiymətlərin dünyada analoqu yoxdur. Manatın devalvasiyasından sonra isə "Avromed” qiymətləri yenidən qaldırdı, vətəndaşlar apteklərdə yeni qiymətləri görüb dərindən ah çəkdilər.
Və belə görünür ki, bu ahları ən yuxarıda eşitdilər - prezident İlham Əliyev vəziyyətə şəxsən müdaxilə etməli oldu.
Səhiyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi apteklərdə monitorinq aparanda qiymətlərin 30 faizdən çox artdığına əmin oldular.
Bu dövlət strukturları şirkətin rəhbərliyini yola gətirməyə çalışdılar ki, heç olmasa qiymətlərin artımını müvəqqəti dayandırsın. Onlar "Avromed”in rəhbərliyinin nəzərinə çatdırdılar ki, 10 ildir fəaliyyət göstərən şirkət onsuz da dərman biznesindən yaxşı gəlir götürüb, ona görə də müvəqqəti olaraq az gəlirlə işləsə fəlakət baş verməz. Məhz müvəqqəti, çünki dərmanların hətta köhnə qiymətlə satışı da "Avromed”i gəlirlərdən məhrum etmirdi.

Şirkət dövlət qurumlarının bu çağırışı ilə razılaşdı. Amma sözdə. Çünki ən çoxişlənən dərmanlar, hətta korvalol və uşaq pampersləri də bundan az sonra apteklərdən yoxa çıxdı. Buradan artıq sabotaj idi gəlirdi.
Bu işlə yenidən Səhiyyə Nazirliyinin və Antiinhisar Xidmətinin əməkdaşlarından ibarət komissiya məşğul olmağa başladı. Lakin dərmanları apteklərin boş rəflərinə qaytarmağa onların da gücü çatmadı. Onda komissiya dərmanlara vahid qiymət qoyulması təşəbbüsü ilə çıxış etdi.
Tanış termindirmi? Bəli, sovet sistemindən qalma metodu xatırladır, amma komissiya hələ başqa çıxış yolu görmür. Axı dərmanların apteklərdən tam yoxa çıxmasına, yaxud onların qiymətinin əlçatmaz həddə qədər yüksəlməsinə yol vermək olmaz. Səhiyyə Nazirliyi xarici əczaçılıq şirkətləri ilə danışıqlar zamanı üzə çıxara bildi ki, onlar dərmanları və tibbi ləvazimatları başqa ölkələrlə müqayisədə Azərbaycana 240-250 faiz baha satırlar. Daha nə gözləyəsən?!
Bizim jurnalist araşdırmalarımızın üzə çıxardığı həqiqət budur. Onu da aydınlaşdıra bildik ki, dərmanlara vahid qiymət tətbiq edilməsi qərarı artıq qəbul olunub. Nazirlər Kabinetinin müvafiq qərarı bu günlərdə veriləcək. Onda "Avromed” nəinki təkcə inhisarçılıq statusundan məhrum olacaq, həm də ciddi gəlirləri əlindən çıxacaq. Necə deyərlər, bu şirkət özü özünə quyu qazıb. Acgözlük və tamah təkcə hərifləri yox, inhisarçı deputatları da məhv edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi