10-04-2015 [17:04]
Yatırlar, dururlar, yuxuda nə görürlərsə, bir bəyanat verib Azərbaycanda insan haqlarının durumundan narahat olduqlarını dilə gətirirlər. Soruşanda da ki, hansı haqdan, nədən danışırsınız, məlum şəxslərin məlum yalanlarına istinad edirlər. Əslində isə özlərinin təlimatları ilə gündə bir bəyanat yayan təşkilatların iddialarına əsaslandıqlarını deyirlər, yəni öz "qurğularını” leqallaşdırırlar.
Bugünlərdə də belə bir hadisə baş vermişdi. Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Gutyerres mənə sübut etməyə çalışırdı ki, Azərbaycan az qala bütün jurnalistləri həbsdə saxlayır. Ölkədə fərqli fikirlərə dözümsüzlük var, tənqidə yol verilmir. Həbsdə olanların adlarını sadalamasını istədiyimdə isə mənə məlum şəxslərin məlum siyahılarına baxmağı məsləhət gördü. Yəni bir nəfərin belə adını çəkə bilmədi.
Qeyd edim ki, Twitter üzərində baş tutmuş bu müzakirəmiz sonucu bir daha bu qənaətə gəldim ki, Azərbaycanı hədəf alanlar üçün faktın əsaslılığı önəmli deyil. Əsas odur ki, hardansa eşitdikləri yalanları belə tirajlayıb ölkəmizi qaralamağa imkan tapsınlar.
İndi də adını kimsənin eşitmədiyi hansısa alyans belə bir iddiayla çıxış edib. İdman və İnsan Haqları Alyansı adlı bu yeni qurum yumurtadan çıxan kimi ilk bəyanatını Azərbaycana ünvanlayıb. Bəs, sən demə, Azərbaycan 1-ci Avropa Oyunlarına milyardlarla pul xərcləyir, amma insan haqlarını pozurmuş!
Açığı, uzun illərdir beynəlxalq təşkilatlarla işləyən birisi kimi belə bir alyans haqqında heç nə eşitmədiyimə görə bir qədər pəjmürdə olmuşdum. Amma sonra biləndə ki, bu təptəzə bir qurumdur və faktiki olaraq Azərbaycandan başqa heç bir ölkəylə bağlı açıqlaması yoxdur, barmağımı dişlədim. Deməli, başqa yönlərdən hücum edənlər əməllərinin faydasızlığını görüb indi də yeni bir cəbhə açıblar. Bəli, məhz yeni bir cəbhə. Ona görə də kiçik bir araşdırma aparıb hücum edənlərin bu vaxta qədər Azərbaycanla bağlı nə etdiklərini öyrənməyə çalışdım. Necə ki, bir zamanlar ermənipərəst "People in Need” adlı Çexiya təşkilatı yatıb-yatıb birdən Azərbaycanda insan haqlarının qayğısına qalmağa başlamışdı, bu alyansda birləşənlər də o qəbildəndir.
Alyansın Azərbaycanla bağlı məktubunda ona üzv təşkilatların adları belə sadalanır: Amnesty International, Human Rights Watch, FIFPro – World Players’ Union, Football Supporters Europe, Supporters Direct Europe, Terredes Hommes və Transparency International Germany.
Bəziləri tanış olsa da, əksəriyyətinin adını mən belə ilk dəfə görürəm. Amnesty International, Human Rights Watch və Transparency International istisna olmaqla yerdə qalan təşkilatlar haqqında Azərbaycan insanının da bilgisiz olduğuna qəti şübhə etmirəm. Elə isə iddia oluna bilər ki, bizim bilməməyimiz o təşkilatların heç də Azərbaycana yabançı olduğu anlamına gəlməz. Neynək, o zaman faktlara müraciət edək.
Terre des Hommes ("İnsanların planeti” kimi tərcümə etmək olar – A.H.) adlı təşkilatı araşdırdıq. Təbii ki, missiyasıyla da maraqlandıq. 1960-cı ildə İsveçrədə fəaliyyətə başlamış bu təşkilat uşaq hüquqlarıyla məşğul olur. Olsun, yaxşıdır. Sonra da təşkilatın saytında Azərbaycanı axtardım. Bir kəlməyə belə rast gəlinmir! Hətta 1-ci Avropa Oyunlarıyla bağlı məktubun mətni belə yoxdur o saytda! Amma sözümüz onda deyil. Sadəcə sual etmək istərdim ki, Ermənistanın Dağlıq Qarabağ və ətrafını işğalı sırasında öldürülən Azərbaycanlı uşaqların taleyi necə olub da bu təşkilatın diqqətini bu vaxta kimi cəlb etməyib? Yaxud da illərlə qaçqın çadırlarında yaşayan uşaqlarımız necə, onların diqqətini çəkməyib? Haqlı sualdır, deyilmi? Uşaq hüquqlarını qoruduğunu iddia edən beynəlxalq təşkilat necə olub ki Azərbaycanın başına gətirilən bu qədər faciəyə hələ də reaksiya verməyib, amma nə olubsa birdən-birə silkinib, ayağa qalxıb ki, bəs, Avropa Oyunlarına milyardlarla (bu da əsassız iddiadır – A.H.) pul xərcləyən Azərbaycan yaşlı əmiləri, xalaları həbsdə saxlayır. Uşaqları demir ha, yaşlı-başlı insanları nəzərdə tutur.
World Players’ Union (Dünya Oyunçular İttifaqı) adlı təşkilatın da saytında ölkəmizlə bağlı mənfi heç nəyə rast gəlinmir. Cəmi iki xəbərdə Azərbaycanın adı keçir ki, onlar da xarici futbolçuların bizim ölkədə oynadığı haqqında iki cümlədir. Yəni bu təşkilatın Azərbaycanla bağlı heç bir dərdi yox!
Football Supporters Europe (Avropa Futbol Tərəfdarları) təşkilatı da Azərbaycanı heç vaxt yad etməyən qurumlardan daha biridir. Təşkilatın saytında apardığımız araşdırma göstərir ki, yalnız bu ilin fevralında, yəni İdman və İnsan Haqları Alyansı qurulduqdan sonra bu təşkilat Azərbaycanın adını eşitməyə başlayıb.
Supporters Direct Europe (Avropa Yönlü Dəstəkçilər) adlı qurum da heç vaxt Azərbaycanın adını belə çəkməyib. Yalnız nə vaxtsa AFFA-nın keçirdiyi bir seminar haqqında xəbər istisnadır. Yəni anlaşılan odur ki, adı çəkilən təşkilatlar heç bir zaman Azərbaycanla bağlı nə bir iş görməyib, nə də bir açıqlama yaymayıb. Bəs indi nə oldu ki, bunlar birdən-birə ayılıb Azərbaycanda insan haqlarının "pozulduğundan” narahatlıq keçirdilər?
Hələ mən Beynəlxalq Şəffaflıq Təşkilatı Almaniya bölməsini (Transparency International Germany) demirəm. Bu təşkilatdan soruşmaq lazımdır ki, niyə Almaniyanın Frankfurt şəhərində Avropa Mərkəzi Bankının təkcə bir binası üçün bu yaxınlarda xərclənmiş 1,3 milyard avronun sorğu-sualını etmir, amma Azərbaycanda Avropa Oyunlarına milyardlarla pul xərcləndiyi kimi əsassız iddialara qoşulur?
Niyə alyansdakı digər təşkilatlar bu il martın 18-də Frankfurtda sözügedən binanın açılışına etiraz edən nümayişçilərin qanına qəltan edilməsinə, bir gündə 400-dək insanın həbsinə heç bir münasibət bildirmədi?
Özəlliklə
də Beynəlxalq Şəffaflıq Təşkilatı Almaniya bölməsinin bunu etməsi lazım idi axı.
Çünki ortada həm korrupsiya şübhələri, həm də açıq və kobud insane haqları
pozuntuları vardı. Olay da Almaniyada baş verib. Missiyası Almaniyayla bağlı
olan bir təşkilatın məhz bu məqamda hərəkətə keçməsi gərək deyilmiydi? Konkret
olaraq Almaniyada fəaliyyət göstərən bu təşkilat necə olur ki, burnunun ucunda
baş verənləri görməzlikdən gəlir, amma uzaq Azərbaycanda kimlərinsə uydurduğu
hansısa milyardların xərclənməsindən danışır?
Bu sualların cavabını, əslində, hər kəs, hətta o kampaniyaçıların özləri də yaxşı bilirlər. Necə ki, Prezident İlham Əliyev martın 19-da Novruz şənliklərindəki çıxışında qeyd etmişdi, bunlar sadəcə Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Bizi maraqlandıran sualları elə cənab Prezident də dilə gətirir:
"Olimpiya Oyunlarını keçirmək üçün yeddi il vaxt verilir. Biz isə cəmi iki il yarıma bunu edirik və ən aşağı büdcə ilə bunu edirik. Dünən Avropanın mərkəzində nümayişçilərin etirazına səbəb bir binanın inşası olmuşdur. Bizim bütün Avropa Oyunlarına hazırlıq işlərinə xərclədiyimiz vəsait bir binaya xərclənib. Bəs haradadır Transparency International? Niyə bu işlərdə öz sözünü demir?
Avropada nəqliyyatla bağlı bir infrastruktur obyekti var. On ildir inşa edilir. Bizim Avropa Oyunlarının hazırlanmasına xərclədiyimizin ikiqatı qədər oraya pul xərclənib, hələ ki, tikintisi qurtarmayıb. Bəs niyə bu barədə danışmırlar? Niyə bu barədə yazmırlar?
Bu, ritorik suallardır. Ancaq biz bu sualları verməliyik və veririk”.
Bəli, elə Prezidentin bu sualları da hər şeyə aydınlıq gətirir. Azərbaycanın uğurlarını həzm edə bilmirlər, həzm etmək istəmirlər. Üstəlik, öz ölkələrindəki insan haqları problemlərindən diqqəti yayındırmaq, beynəlxalq ictimai rəyi məşğul etmək üçün ikidə bir Azərbaycan kimi ölkələri hədəf alırlar. Bu yolla həm pul qazanır, işlədiklərinin görüntüsünü yaradır, həm də Qərb ictimaiyyətinin diqqətini "daha dəhşətli” rejimlərə yönəltməyə çalışırlar. Amma zamanla hər şey aydınlığa qovuşur və bunların əsassız iddiaları faş olur. Hətta o dərəcədə ki, Avropa strukturlarının önəmli şəxsləri belə artıq Avropada, Qərbdə insan haqlarının bərbad hala gəlməsindən danışmağa başlayıb.
Avropa Şurasının insan
haqları komissarı Nils Muiznieksin bu yaxınlarda həyəcan təbili çalması da
ondan xəbər verir. Adam açıq mətnlə deyir ki, "Avropa Birliyində uşaqların
durumu narahatlıq doğurur: miqrant uşaqlar həbs edilir, miqrasiya proseslərində
əsas hüquqlar inkar olunur və ədliyyə sistemi uşaqlara münasibətdə heç də
ədalətli deyil”.
İndi sual olunur: Azərbaycanda Avropa Oyunlarına xərclənən pulun dərdini çəkən Terre des Hommes niyə birbaşa öz missiyasına aid olan bu məsələyə heç bir reaksiya vermir?
Qeyd etdiyimiz kimi, bu qəbildən olan təşkilatlar gerçək ədalət axtarmır. Onlar birmənalı olaraq bəzi çevrələrin əlində alətdən başqa bir şey deyil. Azərbaycan kimi qısa müddətə öz ayaqları üstündə dayanmağı bacarmış ölkələri gözdən salmaq üçün. Amma bunlar unudur ki, "çax-çax baş ağrıtsa da, dəyirman öz işindədir”. Necə ki, "Avroviziya” mahnı yarışması zamanı olmuşdu.
Bütün bunlardan belə anlaşılır ki, həmin dairələr köhnə metodlardan bəhrələnərək "Avroviziya”ya qarşı kampaniyanı təkrarlamağa çalışırlar. Necə deyərlər, insan hüquqları təşkilatları ilə idman qurumlarının sintezindən ibarət "alyans” yaratmaqla l-ci Avropa Oyunlarını siyasiləşdirirlər.
Olsun. 2010-cu ildə də Qərb QHT-lərindən ibarət Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu yaratmışdılar. Azərbaycandan qovulan Rebekka Vinsent adlı birisi hər gün bir beynəlxalq təşkilatın qarşısında aksiya təşkil edirdi.
İndi
də İdman və İnsan Haqları Alyansı yaradıblar, qalır yeni bir Rebekka Vinsent
tapmaq. Amma ritorik bir sual vermək istərdim: 2012-ci ildə bu "qara piar” kampaniyası
ilə nə əldə etdilər ki, indi də nə qazanalar?
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi