Baş nazirdən daha bir dəyişiklik-QƏRAR

img

10-04-2015 [12:35]


Azərbaycan Nazirlər Kabineti "İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında qərar verib. Baş nazir Artur Ras-zadənin imzaladığı qərara əsasən, cərimənin miqdarı 4 manatdan az ola bilməz. Fiziki şəxslər 44manatdan, hüquqi şəxslər isə 330 manatdan yuxarı miqdarda cərimə oluna bilməzlər.

Həmçinin, dəyişikliyə əsasən, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA