Artur Rəsizadədən daha bir qərar, gömrük orqanları ilə bağlı DƏYİŞİKLİK

img

10-04-2015 [12:15]


Azərbaycan Nazirlər Kabineti "Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar verib. Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən baxılma müddəti azaldılıb. Belə ki, daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən iki iş günü ərzində baxılacaq.

İndiyədək həmin müddət üç iş günü idi.

Qeyd edək ki, qərar "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2014-cü il 17 noyabr tarixli 865 saylı sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə imzalanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA