Prezident Moskvaya gedir

img

09-04-2015 [18:35]


Mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibəti ilə keçiriləcək bayram mərasimlərindən iştirak etmək niyyətini hələ ki, 25 ölkə başçısı təsdiqləyib.

Mia.az Ans-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezident Aministrasiyasının başçısı Sergey İvanov bildirib. Onun sözlərinə görə, ilk gələnlər sırasında Belarus və Qazaxıstan, həmçinin Ermənistan, Azərbaycan və Qırğızıstan liderlərinin olacağı gözlənilir.   

 Bütövlükdə, 68 ölkə başçısına dəvətnamə göndərilib. Dəvəti qəbul etdiyini bildirənlər sırasında Hindistan, CAR, Vyetnam, Monqolustan və Misir prezidentləri də var. Həmçinin Kuba və Çin liderləri, Yunanıstan baş naziri və Kipr prezidenti dəvəti qəbul edib: "Şimali Koreya lideri Kim Çen In da Moskvaya gələcək, amma Cənubi Koreya prezidenti Pak Kın Xenin gəlməsi hələ sual altındadır". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA