Metroda iş saatları dəyişir

img

09-04-2015 [15:01]


"Bakı Metropoliteni" QSC-də iş saatları dəyişdiriləcək. Bu, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları zamanı baş tutacaq.

Bu barədə report-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, beynəlxalq yarışlar zamanı sərnişinlərin maneəsiz və rahat hərəkətinin təşkil edilməsi məqsədilə iyunun 12-28-də metronun iş saatları artırılacaq: "Belə ki, həmin tarixlərdə metronun iş saatı saat 06:00-dan saat 01: 00-ə qədər uzadılacaq. Lakin keçiriləcək I Avropa Oyunlarının açılış və bağlanış günü metronun iş saatı gecə saat 02:00-a qədər artırıla bilər".


Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin adi günlərdə iş saatları saat 06:00-24:00-dır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA