Azərbaycanda Britaniya Film Mövsümünün açılışı olub

img

09-04-2015 [15:27]


Bu gün Azərbaycanda Britaniya Film Mövsümünün açılışı olub. Bununla bağlı 28 Cinema mətbuat konfransı keçirən British Council-in Azərbaycan üzrə direktoru Elizabet Vayt bildirib ki, film mövsümü British Council, Böyük Britaniya səfirliyi, PwC, UNICEF və 28 Cinema ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. Film mövsümündə Böyük Britaniya istehsalı olan filmlər, o cümlədən "Mr Turner”, "The İmitation Game”, "Pride”, "Hitchcockun The Ring”, "The Story of Children and Film”, "Paddington” və (Bakıda premyerası olan) "Shaun the Sheep” filmləri nümayiş olunacaq. O, qeyd edib ki, bu filmlər Böyük Britaniyada şöhrət qazanmış filmlərdir və bütün filmlər ingilis dilində səslənəcək. Hər bir film özündə Britaniya kinemotoqrafiyasının fərdi, özəl xüsusiyyətlərini ehtiva edir. Tamaşaçılara dram, komediya, həmçinin cizgi filmləri təqdim ediləcək. Filmlərin ingiliscə səsləndirilməsinin üstün cəhətlərindən biri də bu dili öyrənənlərin dil bacarıqlarını təkmilləşdirmək üçün gözəl fürsətdir. Xanım Elizabet Vayt vurğulayıb ki, filmlərdən dördü Azərbaycanda ilk dəfə nümayiş etdiriləcək. "Mr Turner”, "Pride” və "Shaun the Sheep” mükafat qazanmış yeni filmlərdir. Alfred Hiçkokun 1927-ci ildə ekranlaşdırdığı "Zəng” filmi səssiz kino nümunəsi olan nadir klassik əsərlərdəndir. Film sevgi üçbucağından bəhs edir. "The Story of Children and Film” isə dünyada uşaqların kinodakı işindən bəhs edən ilk filmdir. Bu filmdə 16 gənc yaşlı kinorejissorun nailiyyətlərindən və onların «Bacarıqlar sərhədsizdir» mövzusunda maraqlı bir dəqiqəlik filmlərindən bəhs edilir. Festival zamanı "Paddington” və "Pride” filmləri də Azərbaycanda ilk dəfə olaraq ingilis dilində nümayiş olunacaq. Mətbuat konfransı zamanı məlumat verilib ki, göstəriləcək filmlərdən əvvəl qısametrajlı, bir dəqiqəlik filmlər nümayiş olunacaq. Bu filmlər azərbaycanlı gənc rejissorlar tərəfindən çəkilib və özündə güclü bir ismarıcı əks etdirir. Qeyd edək ki, film mövsümü aprelin 12-dək davam edəcək. Biletlər isə 2 və 3 AZN olacadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA