“Azercell” “bezdirici SMS”-lərə qarşı filtrin tətbiqinə başlayıb

img

09-04-2015 [15:25]


"Azercell Telekom” MMC Azərbaycanda ilk dəfə olaraq müştəriləri üçün xüsusi SMS filtrasiyasının tətbiqinə başlayıb.

Şirkətdən verilən məlumata görə, SMS filtrini tətbiq etməklə abunəçilərin nömrələrinə gələn reklam SMS-lərin qarşısını almaq mümkündür. Abunəçi SMS filtrasiya xidmətindən çox asanlıqla yararlana bilər. Belə ki, abunəçi 9005 qısa nömrəsinə STOP mətnli və yaxud boş SMS göndərməklə, arzuolunmaz reklam mətnlərinin öz nömrəsinə gəlməsini dayandıra bilər.
Qeyd edək ki, belə SMS göndərişi zamanı nömrənin balansından heç bir məbləğ çıxılmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA