Avropa oyunları ərəfəsində Bakıda daha bir QADAĞA

img

09-04-2015 [15:24]


Avropa oyunları ərəfəsində Bakıda bir çox yerlərdə spirtli içki satışına qadağa qoyulacaq.

Mia.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda ANS-in "Günə baxan” verilişində qonaq olan aparıcı və "Bakı-2015”in səfiri Hacı Nuran deyib:

"Avropa oyunları Ramazan ayı ərəfəsindədir. Əməliyyat komitəsi qərara gəlib ki, həmin ərəfədə spirtli içki satılmasın. Bu gözəl qərardır. Qonaqlar, idmançılar spirtli içkidən istifadə etməyəcək. Arenaların ətrafındakı bütün mağazalarda içki satışı tamamilə qadağan olunacaq”.

Xatırladaq ki, ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunları iyunun 12-də başlayıb 28-də bitəcək.

"Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA