09-04-2015 [14:07]
Azərbaycanda məmur-vətəndaş münasibətlərinin kələ-kötür olduğu hamıya məlumdur. Məmurlarımızın əksəriyyəti, xüsusilə də əksər nazirlər vətəndaşa həmişə əlçatmaz olublar. Müəyyən zamanlarda xarici ölkə mətbuatında hansısa məmurun sadə vətəndaşlar arasında görünməsi normal, həm də müsbət hal kimi diqqətə çatdırılır. Maraqlıdır, Azərbaycanda bunu hansı səbəbdən görə bilmirik?. Yəni ən azı böyük çoxluğun gəzintiyə çıxdığı Dənizkənarı Milli Parkda nazirlər, digər yüksək vəzifəli məmurlar niyə görünmür?
Modern.az-a bu haqda danışan psixoloq Elnur Rüstəmov hesab edir ki, bu, birmənalı şəkildə vətəndaşlardan qaynaqlanan problemdir:
"Əlbəttə, dövlət məmuru, nazirlər insanlar arasında olmalıdır. Kimliyindən asılı olmayaraq, hər kəs ailəsi, uşağı, nəvəsiylə Dənizkənarı Milli Parka istirahət, dincəlmək, vaxtını səmərəli keçirmək üçün çıxır. Bizdə isə əksər vaxtlar işlə istirahət qarışdırılır. Əgər nazir, komitə sədri istirahət etmək istəyirsə, fikirləşir ki, onsuz da insanların çoxluq təşkil etdiyi açıq bir məkana getsə, orada da işlə bağlı sual veriləcək, müraciət edəcəklər. Həmin vəzifəli şəxs gəzintiyə çıxsa və ona vətəndaş kimi münasibət bəsləsələr, əlbəttə, o da böyük məmuniyyətlə bundan istifadə edər. Kim rahat şəkildə dincəlmək, ictimaiyyət arasında olmaq istəməz?”.
Psixoloqun fikrincə, insanlarımız fərqləndirmə prosesində çox çətinlik çəkirlər:
"Əgər xarici ölkələrlə müqayisə etsək, görərik ki, həmin ölkələrdə hansısa məmur velosiped də sürür, ictimai nəqliyyatdan istifadə də edə bilir. Çünki kənardakılar ona vəzifə sahibi yox, vətəndaş kimi baxırlar. Hətta məmurlar sadə vətəndaşla ünsiyyət zamanı işdən kənar istənilən bir mövzu barədə də danışır. Təsəvvür edin, bizim hansısa məmur gəzintiyə çıxıb. İnsanlar o saat soruşacaq:, "Dolların qiyməti yenə qalxacaq?”, "Bizim qazımız yoxdur”, "Bizim yollar nə vaxt düzələcək?”, yaxud "Bizim binanın tikintisi nə vaxt bitəcək?..”.
Hesab edirəm ki, bizim insanlarımızın məsələyə yanaşması dəyişdikcə, bu işlər də öz həllini tapacaq və problem səviyyəsinə qalxmayacaq”.
Elnur Rüstəmov yüksək vəzifəli şəxslərin mətbuatla ünsiyyətdən yayınması səbəblərini isə belə izah edib:
"Bir şeyə nəzər salaq. Dövlət məmurları çox vaxt müsahibə verməkdən qaçır, hər hansı məsələyə münasibət bildirmirlər. O məmurların hansısa məsələyə münasibətini yalnız dövlət səviyyəsindəki tədbirlərdə görmək olur. Baxırsan, bir nazir müsahibə verir, ətrafında iyirmiyə yaxın mikrofon, diktafon var. Niyə?
Çünki "ələ düşüb”. Bu məqamda başqa vaxt cavabsız qalan suallar yada düşür. Hamı istəyir ki, hansısa məsələ ilə bağlı fikirlər birbaşa onun dilindən səslənsin.
İndi bir məsələ də var. O məmurun söylədikləri olduğu kimi yazılır, mətbuatda öz əksini tapırmı?! Əsla yox.
Məmurun səsləndirdiyi fikirlərə ekspertlər tərəfindən o qədər şərhlər verilir ki, onun dedikləri bir tərəfdə qalır, hamı verilən şərhdən yazır, şərhə istinad edir. Əlbəttə, bu doğru yanaşma deyil. Təbii olaraq xoşagəlməz hal, fikir söyləyən məmurda qıcıq yaradır. O fikirləşir ki, hansısa məsələyə münasibət bildirib müzakirə obyektinə çevrilməkdənsə, elə sussa yaxşıdır. Yəni məmurun fikri bir tərəfdə qalıb, ekspertin verdiyi şərh başlığa çıxarılıb müzakirəyə verilirsə, susmaq ən səmərəlisidir. Əgər vəzifə sahibi ailəsi, nəvəsiylə gəzməyə çıxan zaman kimsə yaxınlaşıb yenə də işlə bağlı müraciətlər edəcəksə, niyə çıxır ki, elə qapalı məkana, yaxud xarici bir ölkəyə gedər. Bu şəraiti isə vətəndaşların özü formalaşdırmalıdır”.
Ekspert bildirib ki, buna bənzər problem bütün ölkələrdə var: "Elə bir ölkə yoxdur ki, orada bizdəkinə bənzər problem olmasın. Amma problemə yanaşma dərəcəsi fərqlidir, biz hər şeyi şişirtməyi xoşlayırıq. Biz hər şeyi Avropadan hazır şəkildə götürüb Azərbaycana tətbiq etmək istəyirik, hər zaman müqayisə aparırıq. Orada var, burada niyə yoxdur? Orada müstəqildirlər, burada niyə müstəqil deyillər? Orada azadlıqdır, burada niyə yoxdur? Bu fikirləri səsləndirənlər fikirləşmir ki, orada sözdə azadlıqdır, əməldə nəsə yoxdur. Müqayisə edərkən belə məqamlar nəzərə alınmaldır, obyektiv nəticələr çxıarılmaldır.
Mən birmənalı şəkildə məsələni vətəndaşın yanaşması ilə bağlayıram. Bizdə belə bir fikir var ki, dövlət məmurundan ancaq xahiş etmək lazımdır. Adi vətəndaş da belə düşünür, onun qohumları da. Hamı fikirləşir ki, naziri gördüsə, nəsə istəmək lazımdır. Məmur da təbii olaraq fikirləşir ki, mən oturduğum kresloya görə insanlara lazımam. Ən azı nazir də, məmur da bu ölkənin vətəndaşıdır. Bəli, onun əlində səlahiyyətləri var. Çünki vəzifəsi bu görəvləri ona verib. Bundan isə sui-istifadə etmək düzgün yanaşma deyil.
Əgər biz kiminsə dəyişməsini istəyiriksə, ilk növbədə özümüz dəyişməliyik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi