Mahir Qabiloğlunun yeni kitabı çapdan çıxıb

img

09-04-2015 [11:05]


Bu günlərdə "Bakı Çap Evi” nəşriyyatı yazışı-publisist, tərcüməçi Mahir Qabiloğlunun "Qurd yağı” adlı kitabını çapdan buraxıb. Nəşrə yazıçının 2013-2015-ci illərdə qələmə aldığı 18 hekayəsi daxil edilib. 330 səhifədən ibarət kitabın redaktoru Paşa Babakərli, bədii tərtibatçısı Azər Aydın, korrektoru Mahmud Qəzənfəroğlu, naşiri Zaur Qafarzadədir. Müəllif kitabı dostu, mərhum İbrahim Ömərovun xatirəsinə həsr edib.

Xatırladaq ki, bu, Azərbaycan Yazışılar Birliyinin üzvü Mahir Qabiloğlunun son 1 il 3 ayda işıq üzü görən sayca 3-cü kitabıdır. Müəllifin sayca 5-ci - atası Qabilin və onun yazıçı dostlarının ictimaiyyətə məlum olmayan həyat və yaradıcılığından bəhs edən 400 səhifəlik növbəti kitabı isə artıq çapa hazırdır. Bu ilin sonuna oxucuların ixtiyarına veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA