Prezident Fərman verdi, nazirlərə yeni vəzifə verildi - Siyahı

img

08-04-2015 [22:39]


Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında Prezident İlham Əliyev Fərman imzalayb.

Mia.az xəbər verir ki, "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə aşağıdakı qərar verilib: 

1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilsin:

Komissiyanın sədri


İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti


Komissiyanın üzvləri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əli Zadə –    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Ağamusa Axundov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri

Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri

Firəngiz Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Azərpaşa Nemətov – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri

Tahir Salahov – Xalq Rəssamı

Arif Məlikov –Xalq Artisti

Ömər Eldarov – Xalq Rəssamı

Eldar Quliyev – Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti

2. "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA