"Veysəloğlu"ndan daha bir qiymət artımı iddiasına cavab gəldi - Rəsmi

img

08-04-2015 [17:55]


"Bəzi mətbu orqanlarında "Veysəloğlu" sirkəti və "Ulduz" Fabrikinin qiymətlərin qaldırlması ilə bağlı heç bir əsası olmayan yazılar dərc olunub. Birmənalı şəkildə bildiririk ki, bu məlumatlar tamam əsassız və cəfəngiyyatdır".
 
Bu sözləri Mia.az-a açıqlamasında şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ilham Məmmədov deyib.

Onun sözlərinə görə, şirkətin heç bir rəsmi satış mərkəzində məhsulların qiymətlərində artım olmayıb:

"Həmçinin "Ulduz" Şokolad fabriki də məhsullarını köhnə qiymətlərlə satışını həyata keçirir. Sözsüz ki, şirkətimiz idxal ilə maəşğul olduğundan dolların bahalaşması təsirsiz ötüşməyib. Lakin qiymət artımı baş verməsin deyə, istehsalçı ölkələrin fabrikləri ilə danışıqlara gedərək, bu istiqamətdə müvafiq addımlar atılıb. Maksimum çalışırıq ki, qiymət artımı olmasın. "Veysəloğlu" hər zaman insanları düşünərək siyasətini müəyyənləşdirib".

Şirkət rəsmisi bildirib ki, yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışan işbazlarınn olması da istisna deyil: 

"Onu da deyim ki, mövcud durumdan bəzi işbazlar istifadə edərək ictimaiyyət arasında ajiotaj yaratmaq məqsəi ilə şirkət qarşısında bağlanmış müqavilə əsasında yaranan borc öhdəliyini həyata keçirməkdən yayınmaq istəyirlər. Belə ki, bəzi marketler aldıqları mallara görə köhnə borcları ödəməkdən yayınmağa cəhd edirlər. "Veysəloğlu" şirkəti isə bu münasibətləri və yaranmış bu halları qanun müstəvisində həll edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA