08-04-2015 [17:00]
Dövlət Miqrasiya Xidmətində (DMX) baş verən qanunsuzluqlar, rəhbər şəxslərin özfəaliyyəti ilə bağlı redaksiyamıza növbəti məktub daxil olub.
Məktubda yazılır ki, DMX-nin Baş İdarə rəisi Rövşən Səfərov
və onun rəhbərlik elədiyi idarə öz səlahiyyət hədlərini aşır, faktiki olaraq ölkədə əcnəbiləri qanunsuz şəkildə "ovlayır”lar. Elə
bu günlərdə İstanbuldan Mia.az-a məktub yazan tanınmış iş adamlarından biri də
DMX və onun rəhbərliyinin qanunsuz əməllərindən ağız dolusu nalə çəkib. Türk iş
adamı Azərbaycanda müəyyən əmlakı olduğunu deyərək, həmin əmlakın Azərbaycandan
çıxarılmasına qədər nə şikayətinin, nə də adının yazılmamasını xahiş eləyir.
Amma o, özlərini yarımsəhra hərbi- tribunalı kimi aparan xidmətin rəhbərliyi və
əməkdaşları haqqında Mia.az-a maraqlı bir material təqdim edib.
Həmin yazının "Yeni Müsavat”da dərc olunduğunu deyən müsahibimiz bildirir ki, bu gün də DMX rəhbərliyi təmiz türk kökənli iş adamlarına qarşı "qaydasız və qanunsuz” əməllərini davam etdirdiklərindən bu material aktuallığını saxlayır. Beləliklə, həmin yazını olduğu kimi təqdim edirik:
"Bu gün Rövşən Səfərov və qurduğu şəbəkə özlərini Miqrasiya Xidmətinin əməkdaşları kimi deyil, sanki hərbiləşmiş qurumun nümayəndələri kimi aparırlar. Axı, nə vaxtdan DMX əməliyyat-axtarış fəaliyyətinin subyektidir? Bunlara kim icazə verib ki, xəbərsiz, sahibinin icazəsi olmadan obyektlərə basqın edirlər? DMX-nin şöbə müdiri Qüdrət Məmmədovun rəhbərlik etdiyi qrup gecə vaxtı Türkiyə vətəndaşlarının yaşadığı mənzilə gedir və zorla onların əl-qolunu burub avtomobilə basır, mobil telefonlarını əlindən alaraq Bakı Regional Miqrasiya idarəsinə gətirir.

Türk vətəndaşlarının vəkil və ölkəsinin konsulunu tələb etməsinə baxmayaraq gecə saatlarında R.Səfərov və Q.Məmmədov cütlüyü əcnəbi vətəndaşlara insanlığa sığmayan hərəkətlər edirlər. Heç bir məhkəmə qərarı olmadan gecə saatlarında əcnəbilərdən qanunsuz izahatlar alınır və səhəri gün əcnəbilər R.Səfərovun şəxsi ofisinə dəvət edilir, onları deportasiya etməklə hədələyirlər. Həmin əcnəbilərin çoxu ”Paşa İnşaat", "”Azersun holdinq", "DİA” holdinqdə çalışan türklərdir. Onları sanki "ikinci Hacı Məmmədov bandası” kimi girov götürüb pul alıb buraxırlar. Qanunla əcnəbi vətəndaş DMX-nin iş saatlarında dindirilə bilər. Əcnəbi vətəndaş vəkil və tərcüməçi ilə təmin edilməli, eyni zamanda mənsub olduğu ölkənin səfirliyinin nümayəndəsi dəvət edilməlidir.
Bu "cütlüyün” qanunsuz əməliyyatları pul tələsidir və nəticədə özlərinə bir pay çatırsa, DMX-nin rəisi Firudin Nəbiyevin "büdcəsi” şişir və obyektlərinin sayı artır. DMX hərbiləşmiş qurum deyil və xidməti əsasnaməsində də əməkdaşların gecə toplantısı nəzərdə tutulmayıb ki, R. Səfərov tabeçiliyində olan əməkdaşların gecə toplantısına əmr versin. R.Səfərova bu boyda məsuliyyətli bir dövlət vəzifəsi həvalə olunub. O, dəfələrlə gecə saat 2-3 radələrində içkili vəziyyətdə idarəyə gələrək şəxsi xidməti otağından hotel kimi istifadə edib. Bütün bunlar yəqin ki, idarənin dəhlizlərində yerləşən müşahidə kameralarında da öz əksini tapa bilər".
Məktubda Rövşən Səfərovun tabeliyində olan xanım əməkdaşlara qarşı davranışları haqda da yazılıb. Amma onlar şəxsi həyata aid olduğundan onları dərc etməyi etik hesab etmirik.
Məktubda daha sonra
yazılır ki, Firudin Nəbiyev DMX-dən əksər peşəkar kadrları uzaqlaşdırıb,
onların yerinə öz qohum-əqrəbasını toplayıb:
"Onun kadr siyasətinə diqqət edin:
İşdən çıxardıqları:
- Polkovnik, müharibə iştirakçısı, Miqrasiya Xidmətinin qurucularından olan, iki qardaşı şəhid olmuş Yunus Əsgərli;
- Polkovnik, uzun illər polis orqanlarında şərəflə xidmət edən, müharibə iştirakçısı, xeyli müddət DMX-də çalışmış Zakir Məmmədov;
- Polkovnik, Baş RMİ-nin keçmiş rəisi, hüquqşünas, xidmətin yaradıcılarından biri olan Muxtar Məmmədov:
- DMX-də İmiqrasiya Nəzarəti şöbəsinin rəisi işləmiş, hüquqşünas, iqtisadçı, Dövlət qulluğunda fərqlənməyə görə prezident mükafatçısı Toğrul Əliyev;
- DMX-də Vətəndaşlıq İdarəsinin rəisi işləmiş elmlər namizədi, yüksək intellektli, xarici dil bilikləri, beynəlxalq layihələrin icrası üzrə ekspert Elnur Abbaszadə;
- Deportasiya şöbəsinin keçmiş rəisi, polkovnik, xaricdə təhsil almış, miqrasiya orqanlarının fəaliyyətində peşəkar fəaliyyət göstərmiş, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinin qarşısının alınmasında şücaətlər göstərmiş, qardaşları Daşaltı və Qarabağ döyüşlərində iştirak etmiş Əfrasuv Aşurbəyov.
Onları işdən azad edən Firudin Nəbiyev DMX-də aşağıdakı adamları işə götürüb:
- Rövşən Səfərov - Baş
İdarə rəisi, Firudin Nəbiyevin qohumu, savadı və idarəçiliyi olmayan, Dövlət
Sərhəd Xidmətindən uzaqlaşdırılmış zabit;
- Hidayət Rüstəmov - Heç bir xüsusi xidmətləri olmayan zabit (DMX-də Firudin Nəbiyevin pul yığanı kimi tanınır);
- İntiqam Məmmədov: Baş RMİ-nin rəisi, polkovnik-biznesmen (şadlıq evləri və imarətlər şəbəkəsi var) Firudin Nəbiyevin kirvəsi və biznez şəriki. (Hazırda intiqam Məmmədov idarə daxilində MMC yaradaraq ölkəyə gələn 10 minə yaxın miqrantdan qanunvericilikdə nəzərdə tutulmadığı halda 5 AZN məbləğində pul yığır);
- Qüdrət Məmmədov - DMX-nin şöbə rəisi, polkovnik, DSX-dən təqaüdə çıxmış zabit. (DMX-də Türkiyə vətəndaşlarına qarşı qəddarlıq nümayiş etdirir);
- Cəmil Hüseynov - DMX-nin Vətəndaşlıq idarəsinin rəisi, kapitan. Bitirdiyi universitetin adı və ünvanı məlum deyil. DMX-nin rəis müavini Pərviz Musayevlə yaxın olduğu üçün bu mühüm posta gətirilib;
- Vüqar Zeynalov - DMX-nin şöbə rəisi, Firudin Nəbiyevin sürücüsünün yaxın qohumu. Bir Çin vətəndaşının (sahibkarın) döyülməsində iştirak edən 3 DMX əməkdaşından biridir.

Digər iki nəfər cəzalandırılsa da, Vüqar Zeynalova heç nə deyilmədi. Eyni zamanda şirkətlərin birində bu yaxınlarda keçirilmiş yoxlama zamanı rüşvət tələb etmələrinə görə işdən uzaqlaşdırılan DMX-nin keçmiş əməkdaşları - Fariz Hacıyev və Elman Kərimovla birlikdə olan Vüqar Zeynalov bu dəfə də cəzasız qaldı. Həmçinin Bakı şəhərində fəaliyyət göstərən "Piramida İnşaat” MMC-də Vüqar Zeynalov və Natiq İbrahimov adlı əməkdaşla birlikdə "yoxlama” keçiriblər, tələb etdiyi məbləği ala bilməyiblər. Bundan sonra həmin çirkəti qanunsuz olaraq cərimələyiblər. Bu "əməliyyat”dan sonra Vüqar Zeynalov şöbə rəisi vəzifəsi ilə mükafatlandırıldı".
Məktubda həmçinin
iddia edilir ki, Firudin Nəbiyev Bakı Regional Miqrasiya İdarəsinə rəhbər təyin
etdiyi İntiqam Məmmədovun vasitəsilə onlara yaxın olan - Bakı Ağır Cinayətlər
Məhkəməsinin əməkdaşı Vüqar Qasımova məxsus olan "İnnovativ MMC” şirkətini
DMX ilə əməkdaşlığa cəlb edib: "Guya əcnəbilərə hüquqi yardım göstərilməsi məqsədilə
DMX-də əməkdaşlığa cəlb edilmiş şirkətə Vüqar Qasımovun bölgələrdən tanıdığı
20-30 nəfər savadsız adamlar ”təlim" keçirilməklə pul yığmaq üçün
hazırlandılar. Onları DMX-nin regional şöbələrində kabinetlərə yerləşdiriblər,
regional rəislərə tapşırıq verilib ki, bunlara heç kim heç nə deyə bilməz,
onların işlərinə müdaxilə oluna bilməz, kim buna cəsarət etsə axırı yaxşı
nəticələnməyəcək. 2012-ci ildən bu günədək Vüqar Qasımovun qeyri-qanuni
pul yığanları fəaliyyət göstərir və onlarla heç bir orqan maraqlanmır.
Buradan yığılan pulların - il ərzində təxminən 5 milyon manatın yarısı Firudin
Nəbiyevə çatır. Hansı ki, dünyanın heç yerində DMX-də hüquqi yardım pulla
göstərilmir...".
Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi