Ekologiya Nazirliyinin "ölü canları"...

img

08-04-2015 [16:35]


Ayrı-ayrı tədbirlərdə dövlət başçısı dəfələrlə məmurlara xitabən qeyd edir ki,yersiz layihələrə son qoyulmalı, maliyyə vəsaitləri düzgün istiqamətlərə xərclənməli və ən əsası israfçılığa imkan verilməməlidir. Ancaq buna əməl edilirmi? 

Təəssüf hissiylə qeyd etməliyik ki, həmişə yox. Belə nümunələrdən biri İsmayıllı rayonunda baş verib. Bununla bağlı saytımıza daxil olan məlumatları diqqətinizə çatdırırıq. 

İsmayıllı rayon sakini, Həmidulla Umudov bildirir ki,15 ildir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional hidremeteroloji müəssisəsində gözətçi vəzifəsində işləyir. Ancaq bu yaxınlarda idarə müdiri Telman Gərayev ona heç bir xəbərdarlıq etmədən yanına çağırıb və işdən azad olunduğunu bildirib. 

Qeyd edək ki, adıçəkilən idarə İsmayıllı rayonunda yerləşir və hazırda sənəd üzərində 96 işçi ilə fəaliyyət göstərir. Həmidulla Umudov qeyd edir ki,onu işdən azad etdikdən bir neçə gün sonra adına əlavə 200 manat pul mükafatı yazılıb və müdür tərəfindən mənimsənilib.

Savash.org-a sözügedən idarə ilə bağlı  daxil olan məlumatlarda bildirilir ki burda adı olub özü olmayan ancaq pul kartının müdirin cibində olduğu bir neçə nəfər "ölü canlar" var. İdarənin "Qaz 53" markalı yük avtomobili və "Qaz 24" markalı minik avtomobili bir neçə ildir ki, işlək vəziyyətdə olmamasına baxmayaraq hər gün onlar üçün yol vərəqələri yazılaraq yanacaq silinir. Hər iki texnika müdirin yaşadığı ünvandadır. Hər iki avtomobilin sürücüsünün adı işdə gedir, ancaq işə gəlmirlər, aylıq maaşı isə müdir alır. 

İdarədə mexanik, çilingər işə gəlmir bunların da əmək haqlarının hara getməsi müəmma olaraq qalır. İdarədə ştatdankənar işlərə pul ayrılıb mənimsənilir. Burada təsərrüfat işləri üzrə müdir Həsənağa Rəhimovun yalnız orta məktəb təhsili olmasına baxmayaraq, müdirlə əlbir olaraq bir sıra işləri həyata keçirirlər. Belə ki,qohum əqrabalarının adını işə yazdırıb əmək haqqlarını mənimsəyirlər. Hər ay həmkarlar təşkilatına yığılan və kimlərəsə mükafat kimi verilən vəsaitlər hamıdan gizli saxlanılır. Təmir adı altında xeyli dövlət vəsaitləri göyə sovrulur. 

Ağsuçay məntəqəsində heç bir cihaz-filan olmadığı halda, oraya kimlərinsə adına əmək haqqı yazılır. Dəmiraparan çay, Girdiman çay, İvanovka məntəqələrində heç kim işə çıxmır, ancaq əmək haqqları yazılır...

Mövzunu diqqətdə saxlayacağıq...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA