Kəmaləddin Heydərovun oğlu slovakiyalı deputatları Bakıya gətirir

img

08-04-2015 [13:02]


Bu gün slovakiyalı millət vəkillərinin Azərbaycana səfəri başlayır. Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilən səfər 8-11 aprel tarixlərində baş tutacaq. 

Slovakiya-Azərbaycan Dosluq qrupunun sədri, Konstitusional və hüquqi məsələlər üzrə komitənin sədri Robert Madejinin (SMER-SD Partiyası) rəhbərlik etdiyi nümayəndə heyətinə Avropa Şurası Parlament Assambleyasındakı Slovakiya nümayəndə heyətinin rəhbəri, Avropa məsələləri üzrə komitənin üzvü Olqa Naxtmannova (SMER-SD Partiyası), Sosial məsələlər üzrə komitənin üzvü Uiliam Jasan (SMER-SD Prtiyası), Xarici əlaqələr komitəsinin üzvü Marian Keri (SMER-SD Prtiyası), Konstitusional və hüquqi məsələlər üzrə komitənin üzvü Edita Pfundtner (müstəqil) və Mandat və Toxunulmamamzlıq komitəsinin üzvü Miroslav Kaduc (OĽaNO Partiyası) daxildir.

Slovakiyalı millət vəkillərinin səfər proqramında Milli Məclisdə, Xarici İşlər Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və ASAN Xidmətində görüşlər nəzərdə tutulub. Qonaqlar həmçinin Fəxri Xiyabanda ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanınıziyarət edəcəklər. Parlamentarilər məcburi köçkün düşərgəsinə də baş çəkəcəklər(Modern.az).

Xatırladaq ki, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovdur. O, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA