08-04-2015 [11:53]
"Milli Şuranın aprelin 5-də keçirdiyi aksiyada Prezident İlham Əliyevin ünvanına işlətdikləri təhqiramiz ifadələrə və səsləndirdikləri radikal şüarlara görə, 10-a yaxın şəxs həbs edilib. Hazırda polis və xüsusi xidmət orqanları ciddi-cəhdlə tutulan şəxslərin siyasi və dini qruplarla nə kimi əlaqələrinin olduğunu, kimlərdən təlimat aldıqlarını araşdırır. Əgər ortaya əsaslı dəlillər və şübhələr çıxarsa, bu, daha irimiqyaslı həbslərə səbəb olacaq”.
Mia.az xəbər verir ki, bu məlumatı Strateq.az hökumətə yaxın mənbələrdən əldə edib. Məlumatda deyilir ki, ilkin araşdırmalara görə, tutulanlardan 4-nün AXCP üzvləri olduqları artıq təsdiqlənib. Bunlardan AXCP Səbail rayon təşkilatının sədri Saqif Qurbanova 21 sutka, Türkel Əlisoya 30 sutka, Ruslan Nəsirova 30 sutka, Natiq Abdullayevə 30 sutka həbs cəzası verilib. Digər şəxslərin kimlikləri və cəza tədbirləri haqdasa məlumat verilmir.
Mənbə bildirir ki, Milli Şuranın son iki aksiyası zamanı aparılan çəkilişlər hüquq-mühafizə orqanlarına aksiyada fəallıq edən şəxslərin çevrəsini və ünvanlarını asanlıqla müəyyən etməyə imkan verib: "Polis indidən Avropa Oyunları ərəfəsi ölkədə qarışıqlıq yarada biləcək radikal əhval-ruhiyyəli gəncləri nəzarətə götürmək üçün preventiv əməliyyat tədbirləri hazırlayıb. Milli Şuranın son aksiyasında iştirak edən şəxslərin, demək olar ki, hamısının adbaad siyahısı çıxarılıb. İlkin incələmələrdə aksiyada AXCP-nin sabit bazasından əlavə, yeni və əsasən də gənclərdən ibarət və həmçinin ayrı-ayrı dini icmalara bağlı şəxslərin də olduğu aşkarlanıb. Hazırda onların yaxın əlaqələri araşdırılır”.
Mənbənin dediyinə görə, hüquq-mühafizə orqanlarının aksiya təşkilatçılarını öncədən xəbərdarlıq etmələrinə baxamayaraq, AXCP üzvlərinin Prezidentin istefasını tələb etmələri və təhqiramiz ifadələr işlətmələri Milli Şuranın bundan sonrakı aksiyalarına icazə verilməsini sual altlna alıb: "Əgər həbs olunanların ölkə başçısı əleyhinə təhqiramiz ifadələr səsləndirmələrinin Milli Şura rəhbərliyi tərəfindən istiqamətləndirildiyi və ya hər hansı formada stimullaşdırıldığı sübuta yetirilərsə, bu, Mitinq Komitəsi üzvlərinin də polis araşdırmasına cəlb edilməsinə gətirib çıxaracaq”.
Qeyd edək ki, Strateq.az-ın əməkdaşı AXCP rəhbərliyinə daxil olan şəxslərdən məlumata münasibət öyrənmək istəsə də, onlar hələlik dəqiqləşdirmə apardıqlarını və yalnız bundan sonra açıqlama verəcəklərini bildiriblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi