May ayının bayram günləri açıqlandı - 4 gün iş olmayacaq

img

08-04-2015 [10:50]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mia.az-a daxil olan verilən məlumata görə, gələn ay, 9 may faşizm üzərində qələbə günü istirahət gününə təsadüf etdiyi üçün növbəti 2 gün ərzində də - 10 və 11 mayda da qeyri iş günləri olacaq. Nəticədə 9, 10 və 11 may tarixləri qeyri-iş günləridir. Həmçinin 28 may - Respublika Günü də qeyri-iş günüdür.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü, 11 may istirahət günü hesab olunur. 9 may şənbə gününə düşdüyü üçün, Əmək Məcəlləsinə əsasən növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA