Nazir müavini: "Təklifləri hazırlayıb, tərəflərə təqdim etmişik"

img

07-04-2015 [22:40]


"Biz hər iki şirkətin təklifləri əsasında ara bağlantıları ilə bağlı təklifləri hazırlayıb, tərəflərə təqdim etdik".

Bunu Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bu gün Bakıda "Azerfon" şirkətinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən həftə məsələ "Azerfon" və "Azercell" şirkətlərinin rəhbərliyi ilə müzakirə olunub: "Yqin ki, məsələ öz həllini tezliklə tapacaq".

Qeyd edək ki, söhbət dövlət tərəfindən 0,02 manat səviyyəsində müəyyən edilmiş operatorlararası qoşulma tarifindən gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA