İcra başçısı 5 ailənin evini başına yıxdı - FOTOLAR

img

07-04-2015 [16:28]


Martın 8-də Bakının vaxtilə "Motodrom” adlanan ərazisində yaşayan 5 ailəyə "hədiyyə” olunub. 

Musavat.com-un əməkdaşı xəbər verir ki, bu massivdə yaşayan sakinlərin evləri heç bir xəbərdarlıq olunmadan bir-iki saatın içərisində yerlə-yeksan edilib.
 
Bakı Atıcılıq Mərkəzi ilə üzbəüzdə yerləşən tikililərin sahiblərinə qabaqcadan nə bildiriş verilib, nə də onlara yıxılan yuvalarının qarşılığında kompensasiya ödənilib. 

Sakinlərin sözlərinə görə, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi olan Ədalət adlı şəxsin iştirakı ilə onların mülkləri dağıdılıb. Mülk sahiblərinin ev əşyaları, avadanlıqları da dağıntılar içərisində qalıb. 

Qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar Bakı Atıcılıq Mərkəzinin bu sahədə inşa olunması yeni bir strateji əhəmiyyətli yeri formalaşdırıb. Rəsmi xəbərdə qeyd olunur ki, martın 9-da prezidenti İlham Əliyev, xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Bu tədbirdən bir gün əvvəl sakinlərin evləri sökülüb. 
 
 O da iddia olunur ki, sökülən evləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini general Əli Nağıyevin yaxınlarının tikdiyi deyilir. Tikinti işlərinə generalın qardaşı Vəli Nağıyevin rəhbərlik etdiyi bildirilir. O, bu işləri Azər Şirinov adlı yaxın adamının əli ilə görüb. Ev alan insanları arxayın salıblar ki, evlər sökülməyəcək. Sökülsə də kompensasiya alacaqlar. Amma quru vəd olduğu görünür. 
 
Emil SALAMOĞLU 
Fotolar müəllifindir 





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA