Müdafiə Nazirliyi daha bir təxribata kəskin cavab verdi

img

07-04-2015 [16:24]


Azərbaycan Ordusunun tərkibində Türkiyə hərbçilərinin döyüşməsi məsələsinə rəsmi aydınlıq gətirilib. 

Mia.az Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik, eləcə də ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunaraq maddi, mənəvi və texniki cəhətdən hərtərəfli təmin olunub. 

Qondarma-separatçı rejimin "müdafiə naziri" Movses Akopyanın verdiyi məğlub xarakterli çıxışı, son zamanlar cəbhədə çoxlu sayda itkilərlə müşahidə olunan uğursuzluqlarının ört-basdır edilməsinə və ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyildir.

Xatırladaq ki, qondarma-separatçı rejimin "müdafiə naziri" Movses Akopyan son çıxışında Ordumuzun tərkibində türk hərbçilərin olduğunu demişdi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA