İlham Əliyev Kəbədə namaz qılıb

img

07-04-2015 [12:01]


Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Məkkədə ümrə ziyarətində olublar.

Mia.az AzerTac-a istinadən xəbər verir ki, prezident və ailəsi xüsusi libas geyinərək Əl-Həram məscidinə gəliblər.

Dövlət başçısı və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Prezident və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA